Agile HR Analytics nədir?

Agile HR Analytics – Stratejik qərar qəbul etmək üçün faydalı HR anlayışlarını tapmaqda kömək edən Microsoft Power BI-də qurulmuş analitika və hesabat həllidir. O, işçiləri idarə etmək və əldə saxlamaq üçün datalara söykənən qərarlar almasını mümkün edərək ROI-İnvestisiya Gəlirini yaxşılaşdırır. Bu, liderlərə daha yaxşı iş şəraiti yaratmaq və işçilərin məhsuldarlığını artırmaq üçün qərar qəbul etməyə kömək edir.

Nə üçün Agile HR Analytics? 

  • Sadə hesabat mühiti – Bütün hesabat ehtiyaclarınız üçün bir pəncərənin olması;
  • Müxtəlif məlumat mənbələri – Bütün məlumatlarınızın bir yerdə olması;
  • Tamamilə bulud (cloud) əsaslı olması – Yeni,yerli proqram təminatına ehtiyacın olmaması;
  • Çevik təhlükəsizlik – Hər istifadəçinin görə biləcəyi şeylərin tənzimlənməsi;
  • Təşkilatınızın ehtiyaclarına uyğunluğu – İş qaydaları və hesablamalarınızın tələblərinizə uyğun olaraq qurulması;

Hesabat üçün HR sistemlərində tez-tez qarşılaşılan çətinliklər:

  1. Stratejik qərar qəbul etmək üçün faydalı anlayışlar tapmaq çətindir;
  2. Bütün işçilərin həyat dövrlərini (employees’ lifecycle) bir yerdə görə bilməməyiniz;
  3. İşə qəbul və ya əmək haqqı proqramları kimi digər sistemlərlə inteqrasiya asan deyil;
  4. Bölmələrin qruplaşdırılması və ya məlumat qruplarının birləşməsi kimi hesabat funksiyaları ilə bağlı çətinlik;
  5. İdarəetmə panellərini idarə etmək və özəlləşdirmək, tez-tez İT dəstəyinə ehtiyac duyur;
  6. Yeni hesablamaların əlavə edilməsi o qədər də asan deyil.

Sizi HR 4.0-a hazırlayacaq Süni İntellekti dəstəkləyən bir həll yolu məhz Agile HR Analyticsdir. Onun əsas üstünlükləri aşağıdakılardır:

  • Data İnteqrasiya – Bütün HR qiymətləndirilən məlumatlarınızla mürəkkəb inteqrasiya: Workday, Oracle HCM, Survey Monkey, MS Excel, ADP və başqaları;
  • Çevik Təhlükəsizlik – Çətinliklər və məhdudiyyətləri unudun! Ümumi şirkət üzrə datalarınızın hansı hissəsinin, kimlər tərəfindən görülməsini özünüz seçin;
  • Ehtiyaclarınıza Uyğunluq – İş qaydalarını,hesablamaları asanlıqla əlavə edin.

 

Dashboardlara Baxış!

  • Departamentlər – Aşağıdakı dashboard department miqyasında kadr analizi və işçilərin coğrafi analizini özündə cəmləşdirir:

  • Performans analizi – İşçilərinizin performansını anlayın, onları müqayisə və hədəflərlə qarşılaşdırın:

  • Müxtəliflik – Bu şirkətin rəhbər vəzifələrdə çalışan qadınlar, nəsillərə görə işçilərin sayı, orta yaş və s. kimi müxtəlifliyinə dair ölçüləri ehtiva edir:

  • Təlimlərin səmərəliliyi – Təlimin dəyərini izləyin. Təlim paneli, investisiya üçün qiymətləndirilmiş HR büdcəsinin faizi, daxili və xarici təlim faizi, eləcə də təlim üçün İnvestisiya Gəliri (ROI) kimi investisiyanı dəyərləndirməyinizi təmin edir:

  • Tarixi və trendlər – İşçilərin, işə götürülmə, açıq pozisiya, xitam və dövriyyənin trend təhlilini özündə ehtiva edir:

  • Davamiyyət təhlili – Buraya illik məzuniyyətlərin, müxtəlif kateqoriyalardakı xəstəlik məzuniyyətlərinin təhlili daxildir. Məsələn, şöbə, yaş, səbəb, məzuniyyət növü, tarixi və şöbə tərəfindən illik məzuniyyət xərclərinin təhlili:

  • Dövriyyə – Dövriyyə hər hansı bir şirkətdə vacib bir metrikdir. Şirkətiniz üçün işçilərin dövriyyəsi haqqında dəyərli məlumatlar əldə edin:


ROI haqqında daha ətraflı məlumat https://www.investopedia.com/terms/r/returnoninvestment.asp

4.0 ilə bağlı buradan ətraflı oxuya bilərsiniz – https://hrtechweekly.com/2018/08/24/hr-4-0-what-is-it/

Dövriyyə paketini Microsoft AppSource-dən quraşdıra bilərsiniz – https://appsource.microsoft.com/en-us/product/power-bi/agile_analytics.hr-analytics

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply