Data literacy nədir?

Data literacy (az. savadlılıq) verilənləri araşdırma, anlama və qarşı tərəf ilə paylaşmaq bacarığıdır. Verilmiş tapşırıqların uğurlu həlli düzgün sualların verilməsindən başlayır. Toyota Motors-un yaradıcısı Sakichi Toyoda-nın “5 Niyə”  texnikası da bunu təsdiqləyərək vurğulayır ki, hər tapdığınız cavabı beşinci “Niyə?” sualını cavablayana qədər araşdırmanı davam etməkdə fayda vardır.

Sizin daha anlamlı və effektiv suallar verməniz üçün isə Stephen Few tərəfindən Now You See It kitabında vurğulanan özəlliklərə yiyələnməniz məsləhət görülmüşdür (əsas terminlər orijinallığı qorumaq üçün ingilis dilində verilmişdir):

Interest, curiosity və imagination

interest – mövzu sizə maraqlı gəlirmi, gecələri onu düşünmədən gözünüzə yuxu gedirmi?

curiosity – içinizdə prosesin necə işlədiyini öyrənmə istək və həvəsi varmı?

imagination – əlinizdə olan məlumatlar ilə yeni fikirlərə açılma, yeni təcrübələr edinmə bacarığınız varmı?

Self-motivation

Sizə verilənin ötəsinə gedirsinizmi? Məsələni daha çox araşdırıb cavablar tapmaq istəyirsinizmi? O zaman siz bu bacarığa sahib sayılırsınız.

Open-mindedness and flexibility

Yeni fikirlərə açıq olub səhvlərini anlama bacarığı.

Methodicalness

Gördüyünüz işləri metod halına gətirmək, daha məhsuldar yanaşmalar yaratmaq.

Analiz və sintez bacarığı

Fərqli hissələr və onların işləyişini bilmək analiz, amma ümumi şəkilə baxa bilmək isə sintez etmə bacarığıdır.

Məlumat ilə tanışlıq

İlkin şərtlərdəndir ki, işləyəcəyiniz data və onun mahiyyəti haqqında bilgili olmaq önəmlidir.

Data analizi bacarıqları

Bu isə təcrübədə qazanılan bir özəllikdir və davamlı inkişaf etdirilməlidir.

Ümid edirəm ki, hər birimiz bu bacarıqlarımızı inkişaf etdirərək daha faydalı suallar veerərək, önəmli analizlər apara biləcəyik.

Müstəqillik günümüz mübarək!


Daha ətraflı

https://elearning.tableau.com/

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *