Data vizuallaşdırması üçün Gestalt prinsipləri nələrdir?

Plan qurmadan məlumatı vizuallaşdırmaq asan olsa da, effekti uzun sürməyə bilər. Çünki arxasında dayandığı möhkəm prinsiplər yoxdur. Amma Gestalt (almanca forma deməkdir) prinsipləri imkan verir ki:

siz məlumatda olan önəmli nöqtələri asanlıqla kəşf edərək daha anlaşıqlı formada insanlara çatdırasınız;

həmçinin, bizə də yardımçı olaraq insanların təqdim ediləcək informasiyanı necə mənimsəyəcəklərini öncədən görə bilək.

Bunun üçün gəlin həmin prinsiplərə nəzər salaq:

Proximity – bir-birinə yaxın məsafədə olan obyektləri eyni qrupa aid edirik. Bu üzdən eyni qrupda nümayiş olunası dəyərləri yaxınlıqda yerləşdirməniz məsləhətdir. Ya da iki qrup arasında kifayət qədər boşluq yaradın ki, gözlər onları asanlıqla ayrılıqda qəbul etsin.

Similiarity – eyni rəng, forma, ölçü, və istiqamətdə olan obyektləri eyni qrupda ya da xarakterdə qəbul edirik. Xüsusən kateqorik dəyərlərin nümayişində faydalıdır.

Enclosure – fərqli formalarla çərçivəyə alınaraq eyni qrupa aid etmək.

Closure – qarşımızdakı fiqurlar natamam olsa belə, gözlərimiz onları tam görmək istəyəcək.

Continuity – bir-birinin yanında olan obyektləri adətən davamedici təbiətdə qəbul edirik, iyerarxiya-da olduğu kimi. Burada hansısa istiqaməti göstərən ox da ola bilər.

Connection – biz bir-biri arasında xətt çəkilmiş obyektləri (birləşdirilmiş məlumat nöqtələri) əlaqədə olan dəyişənlər kimi qəbul edirik. Gözlərimiz həmişə xətlər və digər ipucular vasitəsilə ən yuxarı səviyyəni görməyə can atacaq.

Symmetry – adətən simmetrik elementlər bir-birinə aid edilir. Yaş piramidası, əvvəl-sonra müqayisəsi zamanı effektivdir.

Gestalt prinsipləri vizual olaraq

Digər maddələri görsək də, əsas 7 prinsipi izləyərək dashboard-larımızı daha gözoxşayan edə bilərik.


Daha ətraflı məlumat üçün baxa bilərsiniz:

Gestalt principles

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *