Ekonometrika nədir?

Ekonometrika İqtisadiyyat, Statistika və Riyaziyyatın bir yerdə istifadə edildiyi sahədir. Ekonometrikanın məqsədi iqtisadiyyat nəzəriyyəsi ilə müəyyən edilmiş iqtisadi münasibətləri kəmiyyət modeli çərçivəsində araşdırmaq, dəyişənlərin dəyişmə səbəblərini ədədi ölçülərlə ifadə etmək, bu dəyişkənlərin gələcək dəyərlərini proqnozlaşdırmaq və iqtisadi nəzəriyyələrin doğruluğunu yoxlamaqdır. Sadə olaraq ifadə etsək, X bir məhsul istehsal edən bir şirkət düşünün. Nə qədər məhsul istehsal etməlidir ? Qiyməti müəyyən edən amillər nələrdir? Necə daha çox gəlir əldə etmək mümkündür ? Nə qədər işçiniz olmalıdır ? Bütün bu sualların cavabı Ekonometrikadadır..

Ekonometrikanı öyrənmək iqtisadiyyat tələbəsi olmaq və tətbiqi iqtisadçı olmaq arasındakı fərqi aradan qaldırır. Ekonometrik təhsili alan və ekonometrikdən istifadə edə bilən biri, iş görüşməsində HR-ın “niyə siz?” sualına “məhsulunuzun satış proqnozunu verə bilərəm”, “rəqibləriniz məhsul qiymətini 1 manat endirdikdə satışlarınızdakı təsirləri təxmin edə bilərəm”, “reklam xərclərinizin satışlarınızı həqiqətən artırıb artırmadığını test edə bilərəm” kimi ətraflı cavablar verə biləcəkdir. Bu cavablar, şübhəsiz ki, işəgötürən üçün daha qənaətbəxşdir, çünki həm iqtisadçı kimi düşünə biləcəyinizi, həm də iqtisadi məlumatları istifadə etmək bacarığınızı əks etdirir. Buna görə ekonometrika, bir iş üçün müraciət edən iqtisadiyyat məzunu üçün, əhəmiyyətli bir üstünlük təmin edəcəkdir.

İqtisad elminin əsas olan iqtisadiyyat nəzəriyyəsi iqtisadi dəyişənlərlə iqtisadi hadisələr arasındakı münasibətlərin xüsusiyyətlərini izah edir. Ən yaxşı nəzəriyyə, şübhəsiz ki, bütün dəyişənlərə və bu dəyişənlər arasındakı əlaqələrə toxunan və iqtisadiyyatın bir müddətdə (statik) və ya zaman axını çərçivəsində (dinamik) işləməsini göstərə bilən bir nəzəriyyədir. Bu kontekstdə iqtisadi nəzəriyyə dəyişənlər arasındakı əlaqələrin ümumi meyli və dəyişənlər arasındakı səbəb-nəticə əlaqəsi haqqında məlumat verir. Lakin iqtisadi nəzəriyyə ümumiyyətlə fərziyyələrə əsaslanır və empirik bir tədqiqatdan məhrumdur. İqtisadi nəzəriyyə və faktlar həmişə tam uyğun gəlmir və hətta əhəmiyyətli ziddiyyətlər də ola bilər.

Ekonometrika iqtisadi münasibətləri proqnozlaşdırmaq, iqtisadi nəzəriyyələri yoxlamaq, dövlət və ya iş siyasətlərini qiymətləndirmək və tətbiq etmək üçün statistik metodların istifadəsinə əsaslanır. Ekonometrikanın bu tərifinə görə iqtisadi nəzəriyyə ekonometrik tədqiqatın əsasını təşkil edir.

Ekonometrika; Riyaziyyat və statistika fənlərindən istifadə edərək iqtisadiyyat nəzəriyyəsi ilə müəyyənləşdirilən əlaqələr haqqında ədədi nəticələrə çatır, nəticələri təhlil edir, nəzəri ilə ədədi məlumatlara görə müəyyən edilmiş faktlar arasındakı uyğunluğu və ziddiyyətləri analiz edərək nəticələrin etibarlılığını yoxlayır. Beləliklə, ekonometrika ehtimallar əvəzinə ədədi dəyərlər verdiyindən nəzəriyyə tərəfindən müəyyənləşdirilən iqtisadi gerçəkliyin qarşılaşdırılmasına imkan verir.

Bir sözlə, ekonometrika iqtisadi ölçü deməkdir.


Müəllif: Elbrus Orucov

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *