Microsoft Excel Tapşırıq 4 | Van Westendorp-un “Price Sensitivity Meter” modeli

Əziz “Zen of Analytics” oxuyucuları!

Microsoft Excel haqqındakı 4-cü sualımız “case study” olacaq və cavabı düzgün tapan bizdən “55 dərsə Excel” kitabını hədiyyə qazanacaqdır.


Məsələ: Şikətimiz bazara yeni məhsul təqdim etməyə hazırlaşır və bazarda istehlakçının yeni məhsula verə biləcəyi optimum qiyməti öyrənmək istəyir. Sizdən həmin optimum (OPP – Optimum Price Point) qiyməti tapmaq tələb olunur.

Bunu nəzərə alaraq şirkətimiz öncədən 200 nəfər arasında sorğu keçirmişdir və sorğunun sualları aşağıdakılardan ibarət olmuşdur:

SUALLAR  

P2. Hansı yüksək qiymətə olsa bu məhsulu alma niyyətiniz olmazdı?  (Çox Bahalı – Too Expensive)

A ) 10,10    B ) 10,40   C ) 10,70  D ) 11 ,00   E ) 11,30    F ) 11,60   G ) 11,90

P3. Hansı ucuz qiymətə olsa bu məhsulun keyfiyyətinindən şübhə edərdiniz?  (Çox Ucuz – Too Cheap)

A ) 10,10    B ) 10,40   C ) 10,70  D ) 11 ,00   E ) 11,30    F ) 11,60   G ) 11,90

P4. Bu məhsula maxsimum ən çox nə qədər pul verərdiniz? (Bahalı / Yüksək tərəfExpensive)

A ) 10,10    B ) 10,40   C ) 10,70  D ) 11 ,00   E ) 11,30    F ) 11,60   G ) 11,90

P5. Hansı qiymət sizə yaxşı qiymət kimi gəlir ancaq  keyfiyyətindən şübhə etməyəcəyiniz təqdirdə? (Ucuz və Uyğun qiymət – Cheap)

A ) 10,10    B ) 10,40   C ) 10,70  D ) 11 ,00   E ) 11,30    F ) 11,60   G ) 11,90


Sualı həll etmədən öncə verilmiş mənbələrdən model haqqında daha ətraflı öyrənə bilərsiniz.

Van Westendorp pricing

“Optimal Price Point”-i tapmaq üçün 4 sual

Datadan anlam çıxartmaq

Price Sensitivity Meter nədir?

Sualı həll etmək üçün gərəkli olan sorğu nəticələrinin daxil olduğu Excel faylını buradan yükləyə bilərsiniz.

Zəhmət olmasa avablarınızı targulukhasiyev@gmail.com ünvanına göndərin.

Hər birinizə uğurlar arzu edirik!!!

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192