Tableau Desktop məlumat mənbələri ilə əlaqələrin qurulması

Tableau Desktop məlumat mənbələri ilə əlaqə necə qurmalı?

Tableau Desktop imkan verir ki, istənilən Məlumat mənbəyi (Data source) ilə Canlı əlaqə (Live connection) yaradasınız. Bunun üçün Başlanğıc səhifəsində (Start page) uyğun fayl (To a File), yaddaşda saxlanılmış məlumat mənbəyi (Saved Data Source) və yaxud serverə (To a Server) qoşulmağınız kifayətdir. Canlı əlaqə imkan verir ki, məlumat mənbəyinə edilən dəyişikliklər sizin analizdə eynizamanlı öz əksini tapsın. Bunun əksinə isə Alıntı (Extract) metodu ilə siz məlumatınızın müəyyən zaman kəsiyindəki halı ilə analizlər apara bilərsiniz və əsas məlumata olan dəşişikliklər sizin analizdə öz əksini tapmayacaqdır.Ümumilikdə Tableau Desktop ilə yüzlərlə fayl növünə və ən məhşur serverlərə qoşula bilərsiniz.

Yuxarıda gördüyünüz Data source səhifəsində sütunlar üzərində müxtəlif əməliyyatlar aparmaq mümkündür ki, bunlardan biri Ayırmaq (Split)-dir. Bununla siz sütunu müxtəlif formada iki və daha çox hissəyə bölə bilərsiniz. Məsələn: CA-12 də CA və 12 ni biri birindən ayırıb fərqli sütunlara yerləşdirə bilərsiniz. Bunun üçün ayırıcı xarakterləri, onların mövqeyini müəyyən etməlisiniz.

Məlumata qoşulub dəyişənləri istədiyiniz formaya saldıqdan sonra onu Tableau məlumat mənbəyi (Tableau data source, .tds) formatında yaddaşda saxlamaq daha əlverişlidir.Bu zaman verilənlərin bütün xüsusiyyətləri saxlanacaqdır. Bunun üçün əsas səhifədən qoşulduğunuz faylı seçərək Add to Saved data sources ilə yaddaşda saxlamalısınız.

Sütunların adını dəyişmək üçün əsas iki yoldan istifadə etmək mümkündür. Ya Data source səhifəsində sütun adına iki dəfə klikləməklə:

Ya da Məlumat bölümü (Data pane)-də Dimension üzərində bir dəfə klikləyib azacıq gözlədikdən sonra ikinci dələ klikləmək lazımdır.

Ədədi dəyişənlərin özəlliklərini təyin etmək üçün hər hansı birini seçib üzərində sağ düyməni basmaq lazımdır. Bu zaman siz onlara Şərhlər (Comments) əlavə edə, Rəng (Color), Ədədi formatı (Number format), Toplanma forması (Aggregation)Cəmin (Totals) hansı şəkildə göstərilməsini təyin edə bilərsiniz. Bunları təyin etdikdən sonra .tds fayl kimi yaddaşda saxladıqda digər istifadəçilər üçün birbaşa analizlər aparmaq asan olacaqdır.

Bundan əlavə kateqorik dəyişənləri Məlumat bölümündə (Data pane) Fayl (Folder) yaradaraq qruplaşdırmaq mümkündür,daha səliqəli struktura sahib olmağa yardım edir. Bunun üçün Group by folder aktiv edilməli və Məlumat bölümünün (Data pane) boş ağ sahəsində sağ düymə basılmalıdır ki Fayl (Folder) yaradıla bilsin.

tableau desktop məlumat mənbələrinə qoşulmaq

Son olaraq Data menyusundan istifadə edərək faylınızı digər istifadəçilər üçün Tableau Serverə yükləyə bilərsiniz.

tableau desktop məlumat mənbələri

 

Tableau üzrə biliklərinizi yoxlayın: https://quizzen.co/account/teacher/92

Daha ətraflı “Tableau Desktop-ilə Data vizuallaşdırması” kursunu izləyin.

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192