Ödənişsiz Azure Fundamentals təliminə qatılın

Bulud texnologiyaları sürətli inkişafa davam edir. Bu inkişafa ayaq uydurmaq üçün Microsoft Azure, Amazon Web Services kimi bazarın nəhənglərinin məhsul və xidmətlərindən xəbərdar olmaq bu günün iş axtaranı və hər bir peşəkar data eksperti üçün çox önəmlidir.

Bəs bulud həlləri nə işimizə yarayır bilirsinizmi?

Dünyanın nəhəng şirkətləri öz məlumatlarını bulud üzərində güvənli şəkildə saxlaya bilirlər. Bundan əlavə Azure kimi həllər özündə yüzlərlə xidməti birləşdirir ki, bu da bizneslərin ehtiyaclarını sürətli şəkildə ödəyir.

Siz bulud texnologiyaları haqqında biliklərə sahib olsanız nələr əldə edə bilərsiniz?

İlk öncə tələbatı daima artan peşəyə sahib olaraq yüksək maaş qazana, daha sonra isə şirkətlərin bulud texnologiyasına keçidini və məlumatlarının daha güvənli saxlanmasını təmin edən peşəkar ola bilərsiniz. Azure əsaslı peşələrə nümunə olaraq Azure administrator, Azure Data Engineer, Azure Architect, Azure Cloud Engineer, Azure Security Engineer nümunə göstərilə bilər.

Bu səbəbdən sizin üçün 1 aylıq ödənişsiz Azure Fundamentals təlimini təqdim edirik. Təlim tam ödənişsiz olub, sizin bu sahədə fundamental biliklərə yiyələnməniz üçün nəzərdə tutulmuşdur.

Təlim boyunca aşağıdakı suallara cavab tapacaqsınız:

  • Bulud texnologiyası nədir?
  • Microsoft Azure nədir?
  • Azure – un hansı xidmətləri vardır?
  • Azure daxilində idarəetmə imkanları hansılardır?
  • Azure Fundamentals (AZ-900) sertifikatı nədir və necə hazırlaşmalı?

Təlimin sizə qazandıracağı üstünlük

Təlimdən sonra Microsoftun Azure Fundamentals (AZ-900) imtahanına imtahan sualları işləyərək hazır olacaqsınız.

Azure Fundamentals (AZ-900) sertifikatı bu sahəyə yeni başlayanlar üçün önəmli hədəflərdəndir. Siz

Təlim müddəti

1 ay / həftədə 1 dəfə keçirilməklə

Dərsin müddəti

1.5-2 saat

Qeydiyyatdan keçmək üçün aşağıdakı formu doldurmanız kifayətdir

https://forms.gle/wAMEGnwGepf5Cf478

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply