Tableau və Power BI

Hazırda data vizuallaşdırmasında istifadə edilən ən populyar alətlər demək olar ki Power BI və Tableau-dur. Düşündüm ki, bu iki alətin fərqli və oxşar cəhətlərinə toxunmaq məqsədəuyğun olacaqdır.

  • İlk növbədə onu qeyd edim ki, Power BI-ın ödənişli versiyaları Tableauya nisbətən daha aşağı qiymətədir. Lakin ehtimaldır ki, hər dəfə yeniliklər tətbiq olunduğu üçün qiymət artımı da olacaqdır;
  • Digər tərəfdən demək olar Tableau data analitiklər üçün yaradıldığı halda, Power BI isə analizlərini inkişaf etdirmək üçün iş zəkasına (oxu-business intelligence) ehtiyacı olan ümumi bir kütlə üçün daha uyğundur.

Data analitika sahəsinin yuxarı mərtəbələrində olmaq üçün bir alət xüsusi gücə, istifadə rahatlığına, marka tanınmasına və qiymətə sahib olmalıdır. Məhz bu 2 alətdə sadalananların hər biri vardır.

Bu alətlərə alternativ sayıla biləcək 25 BI alətinə buradan baxa bilərsiniz.

Ümumi baxış

Yuxarıda gördüyünüz Power BI dashboardıdır. Power BI vizual görüntüləri yaratmaq üçün Azure, SQL və Excel kimi mövcud Microsoft sistemlərindən istifadə edir. Bu – Azure, Office 365 və Excel kimi Microsoft məhsullarında işləyənlər üçün əla seçimdir. Eyni zamanda məlumatların vizuallaşdırılmasına ehtiyac duyan, lakin əlavə kapitala sahib olmayan kompaniyalar və startaplar üçün kifayət qədər aşağı qiymətli bir seçimidir.

Bu isə Tableau dashboardıdır. Tableau olduqca möhtəşəm vizualizasiyalar yaratmaq mövzusunda ixtisaslaşmışdır. Lakin reklamlarının çoxu, data mühəndisləri və iri büdcəyə sahib kompaniyalar üçün nəzərdə tutulub. Alətin əslində pulsuz versiyası da vardır. Lakin olduqca limitli bacarıqlara sahibdir. Nə qədər çox pul ödəyirsinizsə, üçüncü şəxslərdən alınan məlumatlar daxil olmaqla Tableau ilə daha çox şey əldə edə bilərsiniz. Ayrıca heç bir gəlir güdməyən,akademik sahə üçün versiyası da vardır.

Qiymət

Ümumilikdə Power BI  pulsuz versiya, aylıq abunə haqqı və yüksək ödənişli premium versiyalarla Tableaudan daha aşağı qiymətli hesab edilir. Onun Microsoft sistemində qurulma şəkli xüsusən Microsoft proqram təminatına investisiya qoymuş şirkətlər üçün onu olduqca əlçatan edir. Pullu versiyalara baxmaq üçün daxil olun.

Tableaunun qiymətləndirilməsi biraz daha qarışıqdır. Elektronik cədvəllərdə (oxu-spreadsheets) iri həcmli datalarınız varsa və Tableauya yükləməzdən qabaq onları 3-cü tərəf olan alətlərdən export etmək üçün vaxt sərf etmək istəyirsinizsə,istifadəçi başına olan qiymət əslində uyğundur. Lakin yenə də Power BI-ya nəzərən qiymət yüksəkdir.

Bununla birlikdə, Marketo, Google Analytics, Hadoop və ya hər hansı bir Microsoft məhsulu kimi üçüncü tərəf tətbiqləri ilə birbaşa əlaqə qurmaq istəyirsinizsə, Professional versiya üçün ödəniş etməlisiniz.

Quruluş

Power BI-ın 3 forması mövcuddur – desktop, mobil və servis. Ehtiyaca uyğun olaraq vizualizasiyalar yaratmaq və paylaşmaq üçün bunlardan istifadə edə bilərsiniz. Power BI-nin istifadəsi olduqca asandır.Mövcud cədvəlləri, məlumat mənbələrini və tətbiqləri daxili əlaqələr və API-lərlə cəld birləşdirə bilərsiniz.

Tableau pulsuz versiya yolu ilə (Tableau Public) ilk çalışmanızı qurmağa imkan verir. Sonra isə kontrol panelini açıb mövcud bütün bağlantıları görə bilərsiniz. Buradan məlumat mənblərinə qoşularaq müəyyən işçi səhifəsi hazırlaya bilərsiniz. Vizualizasiyaları Tableau Desktopda yaratmısınızsa onları Tableau Server və ya Tableau Online-da paylaşa bilərsiniz.

Əlavələr

Power BI ilə yaratdığınız hesabatları blogunuza əlavə edə və webdə yayınlamaq imkanından da istifadə edə bilərsiniz. Ayrıca aləti öyrənmək üçün olduqca çox mənbə və dəstək platformaları vardır (oxu-https://powerbi.microsoft.com/en-us/support/).

Power BI-da olan möhtəşəm özəlliklərdən biri təbii dil sorğusudur. Bu, datalarınız üçün bir növ Google kimidir. Məsələn “ən dəyərli müştərilərimiz harada yaşayır?” tipli sual verərsək,təbii dil sorğusu bizə həmin əraziləri göstərəcəkdir.

Eynən Tableau da kompleks dəstək alətlərinə sahibdir (oxu-https://www.tableau.com/support). Mobil tətbiq vasitəsi ilə məlumatları əldə edə və idarə edə bilərsiniz. Eləcə də bütün komanda paylaşılan dashboardlar ətrafında əməkdaşlıq edə bilərlər. Həmçinin Tableau Serverdə də təbii dil sorğusundan istifadə etmək mümkündür.

Nəticə

Microsoft Power BI ilə Tableau-nu müqayisə edərkən həqiqətən bu alətlərdən kimin istifadə edəcəyini düşünməlisiniz. Power BI istifadə etmək üçün mütləq data analitik olmağa ehtiyac yoxdur. Onun interfeysi daha sadədir.

Tableau da buna bənzər güclüdür, lakin interfeys o qədər də asan deyil. Bu da istifadəni və öyrənməyi daha çətinləşdirir. Yəni data analizində təcrübəsi olanlar çox çətinlik çəkməyəcəklər. Lakin təcrübəsiz olanlar üçün Tableau öyrənmək daha çətindir.

Ümumiyyətlə, Power BI və Tableau duelini bərabərliklə yekunlaşdırırıq. Power BI istifadə rahatlığı,Tableau isə sürət və əlavə imkanlar baxımından qazanmış olur. Məhdud maliyyə və insan resurslarına sahib kiçik müəssisələr, xüsusən də Microsoft məhsullarına yatırım etdikləri təqdirdə Power BI ilə başlamalıdırlar. Bununla birlikdə, data analitikasına üstünlük verən və onları dəstəkləyən insan kapitalına sahib olan orta və iri şirkətlər Tableau ilə daha da inkişaf edəcəklər.

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply