Power Apps nədir?

Ötən yazılarımda PL-900 imtahanıPower Platform haqqında danışmışdım. Bu yazımda isə Power Apps haqqında və onun bizə verəcəyi biznes dəyərindən danışacağıq.

Power Apps imkan verir ki bir zamanlar kağızda olan formlarınızı, yaxud Excel ilə etdiyiniz işlərinizi bulud mühitində yerləşdirəsiniz. 275-dən artıq konnektor vasitəsilə fərqli sunuculara qoşulmaq mümkündür.

Önəmli üstünlük də odur ki, tablet mobil formatında yaradılan applikasiyalar PC, laptop və tablet-lər, mobil telefonlar vasitəsilə əlçatan olacaqdır.

Power Apps mobile display for Heathrow Airport Application
Heathrow Airport tərəfindən istifadə olunan mobil tətbiq

Müasir dövrdə adətən Power Apps data analistlərə və digər peşə sahiblərinə imkan verir ki, kodsuz/ yaxud az kod (ing. low code/no code)yazmaq gərəkdirən mühitdə fərqli həllər yaratsınlar. Məsələn çalışdığım şirkətdə tədbir qeydiyyatı etmək üçün platforma Power Apps-da hazırlanmışdır. Özüm isə belə bir tətbiq hazırlamışdım ki, onun vasitəsilə şablon verilənlər əsasında Outlook-da görüş yarada bilirdiniz.

Sual oluna bilər ki, bəs orda funksiya yazmaq olur? Təbii ki. Özünəməxsus formula mühitini çox sevəcəksiniz.

İlk başladıqda üç növ applikasiya yarada bilərsiniz ki, bunlar aşağıdakılardır:

canvas apps (yuxarıda olanlar)

model-driven apps (Microsoft Dataverse-də yerləşən məlumat üzərindən qurulur)

Power Apps Dashboard
Model-driven app (microsoft.com)

portals (daha çox xarici mühit və müştərilər üçün portal yaratmaq məqsədlidir)

Getting Started with Power Apps Portals - Step by Step Tutorial
Portals (devfacto.com)

Power Apps sizə süni intellektdən istifadə edərək bu xidmətlərlə inteqrasiya imkanı verir:

Prediction – əlimizdə olan məlumatlara əsasən öngörmə

Form processor – fərqli sənədlərdən lazımi məlumatları oxuma

Object detector – əşyaların tanınması

Text classification – mətnin tanınması

Burada Heathrow aeroportunda zamanında Power Apps tətbiqi haqqında çəkilmiş video-a baxa bilərsiniz.

Bu yazımızda Power Apps haqqında danışdıq.

Növbəti yazılarımızda görüşənədək.


Daha ətraflı oxuya bilərsiniz:

PowerApps ile Sıfırdan Adım Adım ilk Uygulamanızı Geliştirin!: https://www.mshowto.org/microsoft-powerapps-ile-sifirdan-adim-adim-ilk-uygulamanizi-gelistirin.html

Poweapps Nedir ? Power BI + Powerapps birlikte nasıl çalışır?

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *