Data vizuallaşdırması nədir? 

Müəllif: Əli Kərimov

Hörmətli oxucularımız,
Bu məqaləmdə müzakirə edəcəyimiz mövzu data vizuallaşdırılmasıdır. Araşdırmalara əsasən, qəbul etdiyimiz informasiyanın 90 %-i beynimizdə vizual olaraq emal olunur. Bu vizallaşdırmanın nə qədər vacib olduğunu göstərən faktlardan biridir. Bəs data vizuallaşdırılması nədir və ilkin olaraq nələri bilməliyik? Gəlin başlayaq.

Data vizuallaşdırılması nədir?

Hal-hazırda yaşadığımız rəqəmsal dövrdə əlçatan məlumatlar çoxdur, lakin bəzən informasiya çoxluğundan bu məlumatları anlamaq heç də asan olmur. Məhz burada vizuallaşdırma köməyə gəlir. Datanın vizuallaşdırılması informasiya və datanın qrafiki vasitələrlə təsviridir. Data vizuallaşdırılmasının məqsədi məlumatları oxuculara aydın və effektiv şəkildə ötürməkdir. Adətən, data qrafik, infoqrafik, diaqram və ya xəritə formasında vizuallaşdırılır.

Şəkil 1. Hesabat nümunəsi

Data vizuallaşdırılmasının əhəmiyyəti

Data vizuallaşdırılması maliyyə, marketinq, satış, təhsil, idman, tarix və s. kimi demək olar ki, hər bir sahədə bir çox situasiyada istifadə oluna bilər. Niyə datanı vizual şəkildə çatdırmaq vacibdir:

  • Beynimiz vizalları mətndən 60.000 dəfə daha sürətli emal edir. (3M Corporation)
  • Qəbul etdiyimiz informasiyanın 90 faizi beynimizdə vizual olaraq emal olunur.  (Visme)
  • Vizual şəkildə əldə edilən məlumatlar yaddaşda 65% daha yaxşı qalır. (Sagmeister & Walsh)
  • İnsanlar mətndən 40 dəfə çox vizual kontentlə qarşılıqlı əlaqə yaradır (HubSpot)

Power BI-da data vizuallaşdırma

Statistikalara görə, Power BI dünyada ən çox istifadə olunan vizallaşdırma alətlərindən biridir. İndi isə gəlin PBI (Power BI)-da verilən datanı vizuallaşdırmaq üçün nələri etməli olduğumuza qısa bir nəzər yetirək.

Şəkil 2. Power BI-da hesabat nümunəsi

Bu vizallaşma nümunəsində gördüyünüz kimi, bəzi qeyd olunmuş xüsusi yerlər var. Ümumi olaraq verilən datanı vizallaşdırmaq üçün bu addımlar yerinə yetirilməlidir.

1. Sağ tərəfdə olan “Visualizations” hissəsində çox sayda viuzal növləri görürüsünüz. İlk öncə uyğun vizalı seçirik. Bizim nümunədə bu “Donut Chart”-dır.
2. Daha sonra eyni hissədə vizualı seçdikdən sonra aşağıda ona uyğun dataları qeyd edirik. Nümunəmizdə, gediş haqqının gediş növləriylə əlaqəsini müəyyən edirik.


Və vizual hazırdır. Daha interaktiv vizuallar üçün PBI-ın kifayət qədər çox funksiyaları var. Təbii ki, bu qeyd etdiyimiz hal ən sadə haldır.

Data vizualları növləri

Biz data vizuallaşdırma haqqında düşünəndə, ilk olaraq ağlımıza dərhal sadə bar qrafiklər (ing. bar charts) və ya  pie qrafikləri (ing. pie charts) gəlir. Sadə qrafiklər aysberqin görünən tərəfidir. Burada datanı effektiv və maraqlı yolla təqdim etmək üçün bir çox vizualizasiya forması göstərilmişdir:

Şəkil 3. Fərqli vizuallaşdırma nümunələri

Data vizuallaşdırmaq üçün sadə vizuallardan tutmuş mürəkkəb interaktiv panellərə qədər geniş spektri mövcuddur. Hər bir formada öz üstünlükləri və çatışmazlıqları var, məqsədə uyğun seçim edilməlidir.

Şəkil 4. ANDREW ABELA-nın qrafiklər seçimi üçün aləti

Bəzi nəzərə alınması vacib məqamlar

Datanın effektiv vizuallaşdırılması üçün bir neçə vacib nüansa diqqət etmək lazımdır:

1. Auditoriya təhlili: Hədəf auditoriyanızı və onların bilik səviyyəsini, maraqlarını təhlil edin. Buna uyğun sadə və aydın mesajlar seçin. Məsələn, ümumi iclas üçün sadə xətti qrafiklər, menecerlər üçün isə daha çox detallı cədvəllər uyğun ola bilər.

2. Kontekst və izahlar: Hansı mənbədən hansı dövrə aid verilənlərin göstərildiyi, həmçinin hesablama metodları barədə qısa izahlar əlavə edin. Bu, doğru interpretasiya üçün önəmlidir. Məsələn, “Bu qrafik 2022-ci ilin birinci rübü üzrə şirkətin satış göstəricilərini əks etdirir”.

3. Datanın keyfiyyəti: İstifadə etdiyiniz verilənlərin dəqiq, etibarlı və yenilənmiş olmasına diqqət yetirin. Köhnə, təmizlənməyən  və ya səhv data yanlış nəticələrə gətirib çıxara bilər. 

4. Vizualların seçimi: Cədvəllər, qrafiklər, diaqramlar və s. kimi müxtəlif vizual növlərini sınaqdan keçirin. Hər bir məlumat üçün ən uyğun formaları seçməyə çalışın. Məsələn, satışın coğrafi bölgülər üzrə paylanması xəritədə daha aydın görünür.

5. Rənglər və dizayn: Vizuallaşdırmaları oxunaqlı, cəlbedici və aydın etmək üçün uyğun rəng paleti və ümumi tərtibatı seçin. Həddən artıq rəngarənglikdən çəkinin. Məsələn, Qrafiklərdə fərqli məhsul kateqoriyaları üçün fərqli rənglərdən istifadə etmək olar.

Xülasə

Data vizuallaşdırılması sahəsində inkişaf etmiş alətlər və texnikalar mövcud olsa da, əsas prinsiplər dəyişməz qalır. Auditoriyanı nəzərə almaq, sadəlik və aydınlığa üstünlük vermək, dəqiqlik və etibarlılığı təmin etmək hələ də uğurlu vizuallaşdırmanın açarıdır. 

Power BI, Tableau  kimi güclü vizuallaşdırma vasitələri ilə datanın gizli qalan dəyərlərini üzə çıxarmaq, trendləri və imkanları müəyyənləşdirmək mümkündür. Bu isə öz növbəsində problemləri daha aydın başa düşməyə və daha uğurlu qərarlar verməyə şərait yaradır. 

Ümid edirik ki, bu yazı verilənlərin vizuallaşdırılmasının əhəmiyyətini daha yaxşı anlamağınıza və bu sahədə öz bacarıqlarınızı inkişaf etdirməyinizə kömək edəcək.

Növbəti yazılarda görüşənədək.

Default image
Əli Kərimov
Articles: 3

Leave a Reply