Power Query-də Pivot və Unpivot

Müəllif: Əli Kərimov

Hörmətli oxucularımız, 

Bu yazımızda Power Query-də UnpivotPivot funksiyaları ilə tanış olacayıq. 

Power Query müxtəlif mənbələrdən məlumatları birləşdirmək, transformasiya etmək və təmizləmək üçün istifadə olunan bir alətdir. Power Query’dəki iki əsas funksiya olan “Pivot” və “Unpivot”, data strukturlarını, xüsusilə, analitik tələblərə cavab vermək üçün yenidən şəkilləndirilməsində vacib rol oynayır.

Pivot nədir?

Pivot, bir sütundan gələn unikal dəyərləri müxtəlif sütunlara çevirərək məlumatın daha aydın bir təsvirini təmin edən bir əməliyyatdır.

Gəlin nümunəyə baxaq. Təsəvvür edin ki, anbardarsınız və əlinizdə hər ilin ilk 3 ayında anbara daxil olan məhsulların sayını göstərən bir data var. Data şəkildəki kimi qarışıqdır və Siz bunu daha anlaşılan bir şəkilə gətirib bəzi analizlər aparmaq istəyirsiniz.

Let’s go! Əvvəlcə başlıqlara (ing.column name) uyğun olan sütuna klikləyirik, bu nümunədə “Ay” sütunu olacaq. Sonra Transform menyusundan

“Pivot Column” seçirik.

Pivot dialoq qutusu sizdən Dəyər (ing.value) sütununu seçməyinizi tələb edəcək. Bu nümunədə Dəyər Məhsul sayıdır, seçib “OK” düyməsini seçirik.

Və budur Pivot tamamlandı.

Hər ay üçün bir sütunumuz olduğunu görürsünüz. Artıq analiz etmək daha rahat olacaq. Burada qeyd etmək vacibdir ki, Pivot əməliyyatı zamanı bir “Ad (name)” sütunu, bizim nümunədə “Ay” və “Dəyər (value)” sütunu, bizim vəziyyətimizdə “Məhsul Sayı” tələb edilir. Əsas diqqət edilməli məqam bu sütunların düzgün seçilməsidir.

Unpivot

Unpivot isə bunun əksini edir. Birdən çox sütun başlığını bir sütuna, lakin sətirlər üzrə çevirir və dəyərlərini başqa sütunda saxlayır. Pivot etdiyimiz zaman alınan son cədvəli Unpivot edək:

Əvvəlcə Unpivot etmək istədiyimiz sütunlar, sonra Transform menyusundan “Unpivot Columns” seçirik. Və ya Unpivot etmək istəmədiyimiz sütunu, daha sonra eyni menyudan “Unpivot other columns” seçirik.

Və hazırdır. Çox rahatlıqla verilən datanı Unpivot etdik.


Nəticə:

Məlumat analizinin dinamik mühitində, Power Query’də Pivot və Unpivot’i bilmək stratejik bir üstünlük təmin edir. Bu əməliyyatlar istifadəçilərin məlumat strukturlarını sürətlə yenidən təşkil etməsini və optimalaşdırmasını mümkün edir, daha aydın analiz və daha yaxşı qərar vermə imkanı yaradır.

Oxuduğunuz üçün təşəkkürlər. 

Növbəti məqalələrdə görüşənədək.

Default image
Əli Kərimov
Articles: 3

Leave a Reply