“Havalansın dron səsi…”

Son bir ayda gördüyümüz kimi, big data və əşyaların interneti (Internet of Things) ənənəvi müharibənin yönünü tamamilə dəyişmişdir. Texnologiya düşmənə qarşı savaş şəklimizlə yanaşı, cəbhələr balansını da təsir altına almışdır. Bunların nəticəsini fərqli şəkildə görə bilərik:

Uzaqdan idarə olunan döyüşçülər

Hazırda dövlətlərin böyük yatırımlar etdiyi bu texnologiyalara bariz nümunə drone-lardır. Məsələn Britaniyanın Taranis adlı məhsuluna müəyyən ərazi çərçivəsinə nəzarət etməyi tapşırırsınız və təhlükə olduqda sizə bu barədə bildiriş gəlir, əgər doğru olarsa uyğun addımı atırsınız.

Təbii ki, drone-lar sadəcə dağıtmaq üçün istifadə edilmir. Onlar vasitəsilə minaların təyini, yük daşınması yaxud da tibbi yardım oluna bilər.

Bu tipli faydaları olsa belə, Elon Musk və Stephen Hawking kimi məşhurlar bu texnologiyaların hərbidə istifadəsinə qarşı çıxmışdır. Əsas narahatlıq bu cihazların atəşdən öncə nə qədər dəqiq olaraq insan həyatını diqqətə alacağı və Cenevrə konvensiyalarının qorunması olmuşdur.

Yeni cəbhə

Artıq müharibələr cəbhədən uzaq olsanız belə sizə təsir edə biləcəkdir. Çünki, internet şəbəkələrinin çökdürülməsi ilə həm bizneslərə, həm də fərdi insanlara külli miqdarda ziyan dəyməsi qaçınılmazdır. Bizə bu imkanlarl verəcək əşyaların internetində güvənlik bir nömrəli prioritet olmalıdır.

Ümumi olaraq isə Azad Systems Azərbaycan-İsrail müştərək dron istehsalı, IAI Harop İsrail, Bayraktar TB2 Türkiyə, Tanaris Böyük Britaniya, ScanEagle ABŞ, Eurodrone Avropa İttifaqı (Almaniya), Karrar Iran nümunə göstərmək olar.

Ümid edirəm ki, gələcək günlərimiz daha sülh yönümlü olacaq və bizim bu silahlara ehtiyacımız olmayacaqdır. Amma ki, bir şərtimiz yerinə yetənə kimi: “Qarabağ Azərbaycandır və düşmən torpaqları şərtsiz tərk etməlidir.


İstifadə olunmuş mənbələr:

https://www.defensenews.com/global/europe/2020/09/18/german-french-defense-ministers-push-for-eurodrone-progress/

https://www.forbes.com/sites/bernardmarr/2016/10/06/how-ai-drones-and-big-data-are-reshaping-the-future-of-warfare/

https://www.newamerica.org/international-security/reports/world-drones/who-has-what-countries-developing-armed-drones

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply