Zapier nədir?

Zapier, işinizi avtomatlaşdırmanın ən asan yoludur deyilir şirkətin şüarında.

Buradan anlamışsınız ki, Zapier avtomatlaşdırma bazarında önəmli oyunçulardan biridir. Bu yazımda onun haqqında sizə məlumat verəcəm.

2011-ci ildə ABŞ-da qurulmuş şirkət sizə gündəlik istifadə etdiyiniz veb proqramlara (Gmail, Slack, Google Sheets kimi 3000-dən çox seçim vardır) qoşulmaq, avtomatlaşdırmaq və yeni innovasiyalara yönəlmək imkanı verir.

Zapier nümunə

Yuxarıdakı nümunədə, sizin Gmail inbox-a yeni e-mail gəldikdə əlavə edilmiş fayllar varsa, Zapier onları Dropbox-a əlavə edəcəkdir. Daha sonra isə Slack-da bildiriş göndərəcəkdir ki, Dropbox-a yeni fayllar əlavə olunmuşdur. Bir də bu addımları hər dəfə əl ilə etdiyinizi düşünün.

Zapier sizə həm proqramlara görə, həm də fərqli peşə sahələrinə əsasən çeşidlənmiş həllər sunmaqdadır. Explore hissəsində baxdıqda data science üçün istifadə olan həllərdən bəzilərini görə bilərsiniz.

Data science flow

Resources hissəsində isə Zapier University ilə Başlanğıc və İrəli səviyyə Zapier istifadəçisi olmaq üçün dərslərə baxa bilərsiniz. Bundan əlavə bloqlar və digər mənbələr də mövcuddur.

Qiymət planına gəldikdə isə, sadə tapşırıqlar üçün pulsuz olsa da komandalar və şirkətlər üçün ödənişli üzvlük imkanları mövcuddur.

Zapier qiymətlər

Şirkətlər üçün olan planda yüksək güvənlilik zəmanəti verilməkdədir (SAML Single Sign On (SSO), Advanced Admin Permissions).

İndi isə gəlin sadə bir Zap (Zapier-də yaratdığınız avtomatlaşdırmalara verilən ad) yaradaq.

Qeydiyyatdan keçdikdən sonra bu adresə gedin.

Create Zap seçin.

Trigger seçin. Trigger sizin avtomatlaşdırma axınını tətikləyən hadisədir. Məsələn Gmail inbox-a yeni e-mailin gəlməsi.

Trigger event: New email

Daha sonra isə uyğun Gmail hesabınızı seçin və Inbox-a gələn emaillər ilə əməliyyat aparmaq istədiyinizi seçin.

Inbox

Test edərək bu bağlantının uğurlu olduğunu yoxlayın.

Beləliklə biz Trigger (Tətikləyici) addımını tamamladıq. İndi gəlin yeni e-mail gəldikdə nə baş verməsini seçək.

Seçdiyim nümunə, sizə gələn emaillərin sahiblərinə avtomatik cavab göndərmək üçündür. Bu səbəbdən Action olaraq Gmail və Send email seçin.

Send email action

Daha sonra isə uyğun hesabınıza daxil olaraq, lazım olan hissələri tamamlayın. Ən sonda isə yaratdığınız Zap-ı aktivləşdirin.

Zaps hissəsində isə yaratdığınız həlləri idarə edə bilərsiniz. Burada History, Run, On/Off kimi seçənəklər mövcuddur.

Ümid edirəm ki, önəmli alətlərdən biri olan Zapier haqqında bəzi fikirlər formalaşdıra bildim.

Bu tipli alətlər sizə maraqlıdırsa, o zaman Power Platform və Power Automate haqqında buradan oxuya bilərsiniz.

Yeni iliniz uğurlu olsun.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply