Microsoft Power BI Data analyst imtahanına necə hazırlaşım?

Hörmətli oxucum,

Növbəti yazımızda xoş gördük. Bu yazımda sizə Microsoft Power BI Data analyst (PL-300) imtahanı haqqında məlumat verəcəm.

Öncəliklə qeyd etmək istərdim ki, imtahan əvvəllər DA-100 adlanırdı və bəzi dəyişikliklər nəticəsində indiki halına gəlmişdir. DA-100 ilə çox da fərq olmadığı üçün, həmin imtahan haqqında məqaləmizi buradan oxuya bilərsiniz.

DA-100 ilə Microsoft Power BI Data analyst (PL-300) arasında hansı fərqlər var?

İndi gəlin bəzi dəyişikliklərə baxaq. Məsələn, əvvəl 5 hissədən olan kurrikulum indi 4 başlıq altında və fərqli faiz bölgüsü ilə yenilənmişdir.

DA-100 və PL-300 arasında fərqlər (mənbə: crmchap.co.uk)

Gördüyünüz kimi, Visualize the Data və Analyze the Data Visualize and Analyze the Data adı altında cəmlənib. Deploy and Maintain Deliverables isə Deploy and Maintain Assets-ə çevrilmişdir. Təbii ki, daha çox struktur dəyişiklikləri olmuşdur və mövzular az-çox eynidir.

Əsas fərqlərdən biri də, imtahanın hansı çətir altında təqdimatıdır. Bu imtahanın kodundan da görmək olar ki, PL Power Platformu təmsil edir. Artıq imtahan digər Power Platform imtahanları ailəsində təmsil olunur. Power Platform haqqında bizim digər məqaləmizdən oxuya bilərsiniz.

Microsoft Power BI Data analyst imtahanının digər detalları isə aşağıdakı kimidir:

-keçid balı 700/1000,

-imtahan müddəti 180-dəq,

-etibarlılıq müddəti isə 2 ildir.

Əminəm ki, bu məlumatlar sizə faydalı olmuşdur.

Gəlin indi daha önəmli suala cavab axtaraq.

İmtahana necə hazırlaşmalı?

Microsoft Power BI Data analyst imtahanına hazırlaşarkən aşağıdakı mənbələri nəzərdən keçirməyi unutmayın:

Microsoft Power BI Data analyst imtahanına hazırlaşmaq üçün Azərbaycan dilində mənbələr:

Microsoft Power BI Data analyst (PL-300) imtahan sualları

DAX-ın təməl anlayışları kursu (Azərbaycan Dilində)

Microsoft Power BI Data analyst imtahanına hazırlaşmaq üçün İngilis dilində mənbələr:

Microsoft Learn

5 öyrənmə və 12 moduldan ibarət bu materiallarda demək olar ki, bütün detallar öz əksini tapmışdır. Modulların sonunda isə test sualları mövcuddur.

Power BI documentation

Bütün kursların demək olar ki, ilham mənbəyi bura sayıla bilər. Hər bir detalı tapmaq mümkündür.

Microsoft Power BI YouTube kanalı

Bütün videolar yox, amma yenilənmələri izləmək üçün yaxşıdır.

Curbal

DAX mövzularının gözəl izahını tapa bilərsiniz.

Guy in a Cube

Demək olar ki hər mövzuda bilgilər tapa biləcəksiniz.

SQL BI

Burada 3 pulsuz kurs mövcuddur ki, onlara baxmanız məsləhətdir (Introduction to Data Modeling for Power BI Video Course, Introducing DAX Video Course, DAX Tools Video Course).

Linklərlə mövzuların əhatəsi, mssqltips.com

Bütün kurrikulum əhatə olunub.

Power BI community

Aktiv istifadə edə bilərsiniz. Həm suallara cavab verə, həm də öyrənmək şərtilə.

DA-100 certification: Analyzing Data with Microsoft Power BI (Udemy)

Mən hazırlaşarkən izləmişdim, hər bir imtahan mövzusu detallı izah edilir.

Exam Ref DA-100 Analyzing Data with Microsoft Power BI (English Edition)

Daniil Maslyuk tərəfindən yazılmış bu (Exam Ref PL-300 Power BI Data Analyst 1st Edition) kitab da ala bilsəniz çox faydalı ola bilər. Əvvəlki nəşrlərini PDF olaraq tapmaq mümkündür.

Microsoft Power BI Data analyst imtahanına hazırlaşmaq üçün Azərbaycan dilində təlim imkanları:

Əgər bu imtahana hazırlaşmaq üçün sizə tərəfdaş və mentor lazımdırsa o zaman bizim imtahan kurrikulumunu izləyən təlimlərimizə qatıla bilərsiniz. “Zen of Analytics” olaraq təklif etdiyimiz PL-300 imtahanına hazırlıq təlimi haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply