Data Analyst Associate necə ol(d)um?

Hörmətli oxucum,

Bildiyiniz üzərə, çalışdıqca analitika sahəsində yaranan sualları cavablandırıram. Bu yazımı DA-100, yəni Pover BI ilə Data analizi imtahanına (ing. Exam DA-100: Analyzing Data with Microsoft Power BI) həsr edəcəm. Rol və sertifikat baxımından yanaşdıqda isə Data Analyst Associate adlanır.

Qeyd etmək yerinə düşər ki, siz Microsoft imtahanı verərkən sertifikat qazanmış olursunuz. Və bəzən bir necə imtahan verib bir sertifikat ala bilirsiniz.

İmtahan sertifikat əlaqəsi

İmtahan haqqında texniki detallara ilk öncə baxaq:

Platforma: Microsoft :: Pearson VUE

Sual sayı: 56

Sualların növü: çox seçimli, uyğunlaşdırma, fikri ya da formulanı tamamlama, biznes ssenarisi əsasında suallara cavab vermə

Keçid balı: 700/1000

Sizdən tələb olunan biliklər:

Prepare the Data (20-25%)

Model the Data (25-30%)

Visualize the Data (20-25%)

Analyze the Data (10-15%)

Deploy and Maintain Deliverables (10-15%)

Əsas istiqamətlər Power BI-da vizualların qurulması, Power Query-dən istifadə və Data modeling bilikləridir. Sertifikatın etibarlılıq müddəti 2 ildir.

Siz qeydiyyatdan keçdikdən sonra orda Pearson Vue daha ətraflı məlumat verəcəkdir. Əsan nüanslar imtahana yarım saat öncə qoşulmaq, PC də Firewall söndürmək, və otağı imtahana hazır vəziyyətə gətirməkdir. Çalışın otaqda tək olasınız, bir də masanız təmiz olsun. Sizinlə əlaqəyə keçən imtahan nəzarətçisi həm şəxsiyyətinizi yoxlayacaq, həm də otağa baxacaqdır.

Digər önəmli hissə isə sualların bir neçəsinin biznes ssenarisinə aid olmasıdır və cavab verdikdən sonra daha görə bilmirsiniz. O səbəbdən ehtiyatlı olun. Amma digər suallara daha sonra gedib nəzər sala bilərsiniz.

Ümumi sual formaları aşağıdakı kimi ola bilər:

Multiple choice (mənbə: Braulio Berlanga)
Drop-down tipli suallar (mənbə: Braulio Berlanga)
Yes, No tipli (mənbə: Braulio Berlanga)
Uyöunluğu təmin etmə (mənbə: Braulio Berlanga)

Həmçinin imtahanda qoşulduğunuz sistem sizə ağ lövhə və kalkulyator-dan istifadə imkanı verir ki, ondan da faydalana bilərsiniz.

İndi isə gəlin əsas hissəyə baxaq: İmtahana necə hazırlaşaq?

Aşağıdakı mənbələri nəzərdən keçirməyi unutmayın.

Microsoft Learn

5 öyrənmə və 12 moduldan ibarət bu materiallarda demək olar ki, bütün detallar öz əksini tapmışdır. Modulların sonunda isə test sualları mövcuddur.

Power BI documentation

Bütün kursların demək olar ki, ilham mənbəyi bura sayıla bilər. Hər bir detalı tapmaq mümkündür.

Microsoft Power BI YouTube kanalı

Bütün videolar yox, amma yenilənmələri izləmək üçün yaxşıdır.

Curbal

DAX mövzularının gözəl izahını tapa bilərsiniz.

Guy in a Cube

Demək olar ki hər mövzuda bilgilər tapa biləcəksiniz.

SQL BI

Burada 3 pulsuz kurs mövcuddur ki, onlara baxmanız məsləhətdir (Introduction to Data Modeling for Power BI Video Course, Introducing DAX Video Course, DAX Tools Video Course).

Linklərlə mövzuların əhatəsi, mssqltips.com

Bütün kurrikulum əhatə olunub.

Power BI community

Aktiv istifadə edə bilərsiniz. Həm suallara cavab verə, həm də öyrənmək şərtilə.

DA-100 certification: Analyzing Data with Microsoft Power BI (Udemy)

Mən hazırlaşarkən izləmişdim, hər bir imtahan mövzusu detallı izah edilir.

Exam Ref DA-100 Analyzing Data with Microsoft Power BI (English Edition)

Daniil Maslyuk tərəfindən yazılmış bu kitab da ala bilsəniz çox faydalı ola bilər. Əvvəlki nəşrlərini PDF olaraq tapmaq mümkündür.

Biliklərinizi necə sınamalı?

Power BI Quizzes by Learn Data Insights

Power BI Quiz by Enterprise DNA

Microsoft Official Practice Test DA-100: Analyzing Data with Microsoft Power BI by MeasureUp (€91)

Və ən sonda zəhmətinizin qarşılığı olan sertifikatınızı buradan yükləyə və paylaşa bilərsiniz.

Data Analyst Associate sertifikatı

Ümid edirəm ki, verilən bilgilər sizlərə faydalı olacaqdır.

İmtahanda uğurlar arzu edirəm və nə sualınız olsa soruşmaqdan çəkinməyin.

Uğur sizinlə olsun!

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply