Power Platform nədir?

Növbəti Power Platform yazımızda xoş gördük. 1-ci yazımızı (Microsoft Power Platform Fundamentals (PL-900) imtahan rəhbəri) oxumaq daha faydalı ola billəcəkdir. İzləmədə qalın.

Power Platform Power Apps, Power Automate, Power BIPower Virtual Agents adlı məhsullardan təşkil olunmuşdur.

Power Apps : low code/no code mühiti olub sizin Microsoft məhsullarını integrasiya edərək mobil və tablet lər üçün proqram tətbiqləri yaratmanıza kömək edir. Özünə məxsus olan formula dili və konnektorları mövcuddur.

Power Automate: gündəlik təkrarlanan işlərinizi avtomatlaşdıra bilərsiniz.

Power BI: ölkəmizdə məşhur olan bu xidmət əslində böyük tətbiqlər ailəsiniz bir parşasıdır. Və digər sadalanan həllər ilə inteqrasiya edilə bilir.

Power Virtual Agents: bu təminat vasitəsilə isə chatbot-lar yaradaraq biznesinizin ehtiyacına görə istifadə edə bilərsiniz.

Əsas məhsullardan əlavə bəzi anlayışlar var ki, onlara da qısaca baxsaq yaxşı olar:

AI Builder: yaratdığımız avtomatlaşdırma həllərinə ya da proqramlara süni intellekt özəllikləri əlavə etmək üçün istifadə edilir.

Microsoft Dataverse: fərqli mənbələrdən gələn məlumatların birgə və güvənli saxlanması və Power Platform elementlərinin birgə işləməsini təmin edən vasitədir.

Connectors – öncə də qeyd etdiyim kimi, konnektorlar vasitəsilə fərqli mühitlərə qoşula bilərsiniz. Hazırda 275 dən artıq konnektor mövcuddur. Daha spesifik connector da yaradılması mümkündür.

Məlumat mənbələrindən danışarkən onları fərqləndirməkdə fayda vardır: Tabular Function-based data

-Tabular data sizin birbaşa cədvəl şəklində gətirdiyiniz məlumatlar

-Funksiya əsaslı data isə dediyim üzərə fərqli formulalar vasitəsilə dəşiyimə uğramış data olacaqdır.

Artıq alətlərimizi, məlumatı necə və haradan götürəcəyimizi bilirik. Növbəti nə etməliyik?

Onun üçün Trigger Actions arasındakı fərqi bilməliyik:

Trigger, dilimizdə tətikləyici olaraq deyə biləcəyimiz biznes hadisəsidir. Növbəti hadisələrin başlanğıcına səbəb olan hadisə. Məsələn Outlook-a email-in gəlməsi. (Ancaq Power Automate)

Actions isə növbəti baş verən hadisələrdir. (Power Apps və Power Automate)

Bu yazımızda təməl mövzulara toxunduq.

Növbəti yazımızda görüşənədək.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply