Tableau-dan yeni sertifikat: Tableau Certified Data Analyst

Bildiyiniz kimi, Tableau üzrə biliklərinizi server və desktop olmaq üzərə 5 sertifikatla sübut edə bilərdiniz. Hazırda isə durum aşağıdakı kimidir:

Tableau Desktop Specialist

Tableau Certified Data Analyst

Tableau Desktop Certified Associate

Tableau Server Certified Associate

Tableau Certified Associate Consultant

Tableau Certified Associate Architect

Hər yerdə olduğu kimi, Tableau da role-based sertifikatlara yönəlmişdir. Bu təbii ki, sizə alətdən asılılığı azaldaraq təməl ideyaları öyrənmənizə yardımçı olacaqdır.

Tableau Certified Data Analyst sertifikatının hədəf kütləsi gündəlik işlərində Tableau Desktop, Tableau Prep, və Tableau Server ya da Tableau Online istifadə edərək məlumat mənbələrinə qoşulan, analiz edən, və vizuallar yaradan Data analistlərdir.

Gəlin qısaca yeni sertifikata baxaq:

Qiyməti: $199 ($250 olacaq beta versiya bitəndən sonra)

Təcrübə: 6 ay və daha çox

İstifadə olunan Tableau Desktop versiyası: 2020.1

Beta versiyası bu gün bitir, və normalda beta olan imtahanlar adından göründüyü kimi imtahanın daha da optimallaşdırılması məqsədi daşıyır və istifadəçi rəyləri toplanır.

İmtahan haqqında texniki detallar:

Zaman: 150 dəq

Sual formatı: çox seçimli, açıq suallar, tapşırıqlar və sair tipli nəzəri və praktiki sualların cəmi.

Sual sayı: 59 sual və bir labaratoriya işi.

Keçid balı: 750

Dil: ingiliscə

İmtahan vermə formatı: online (Tableau :: Pearson VUE)

Ölçülən biliklərin faiz payı aşağıdakı kimidir (tərcümə etmədim ki, google edəndə daha rahat tapa biləsiniz):

Domain 1: Connect to and Transform Data (24 %)
Domain 2: Explore and Analyze Data (41 %)
Domain 3: Create Content (26 %)
Domain 4: Publish and Manage Content on Tableau Server and Tableau Online (9 %)

Daha ətraflı buradan baxa bilərsiniz, çünki hər domain də öz daxilində hissələrə bölünür.

Imtahan yeni olduğu üçün çox da məlumat tapa bilməsəniz də, biliklər demək olar ki, eyni olacaqdır.

Amma hazırlaşmaq üçün məsləhət görülən Tableau mənbələri bunlardır:

Analyst Learning Path ($120)

Tableau Training Pass ($2,800 )

Tableau Data Analyst yoxsa Tableau Desktop Specialist sertifikatı alım?

Tableau Desktop üzrə məsləhət gördüyüm sertifikat isə Tableau Desktop Specialist olardı. Çünki həm qiyməti ($100) uyğundur, həm də sizə gündəlik lazım olacaq bilgiləri təqdim edir. Zatən daha irəli getmək istəsəniz qazanılmış fundamental biliklər sizin naviqasiya imkanınızı artıracaqdır. Digər tərəfdən isə, sertifikatın müddəti daimidir.

Tələbələr isə Tableau Desktop Specialist imtahanından 20% endirim əldə edə bilərlər.

Ümumiyyətlə demək istərdim ki, əgər çalışdığınız şirkət tərəfindən maliyyələşirsə, o zaman bu sertifikatı almağa dəyər. Əks təqdirdə daha faydalı olacaq addım verilmiş kurrikulumu nəzərdən keçirib orada bilmədiyiniz mövzuları öyrənmək, bildiklərinizi isə təkrarlamaq olardı. Son nəticədə sizə sertifikat deyil, bilikləriniz kömək olacaqdır.

Uğur sizinlə olsun!!!


Daha ətraflı oxumaq üçün ziyarət edin:

Microsoft Word – TableauCertifiedDataAnalystBeta_ExamGuide.docx

Tableau Certified Data Analyst Certification: Beta exam & first impressions: Tableau Certification

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply