McKinsey Problem Solving Test

Düşünün ki, sənə çox nadir bir bitki verilib və həmin bitkiyə hücum edilir. Sənin əsas məqsədin əlində olan müdafiə resurslarlarından istifadə edərək bu bitkini qorumaqdır. Hansısa oyunu xatırlatmadı ki? Biraz da düşün …  Bəlkə “Plants vs. Zombies”? Hə, düz tapdın. Lakin bu sadəcə oyun deyil, həm də McKinsey şirkətinin intervyuya çağırmazda əvvəl həyata keçirdiyi problem həll etmə oyunu və ya onlayn yoxlama testidir. (ingcə “McKinsey Problem Solving Game” ya da “McKinsey Digital Assesment”).

Bunun həm oyun, həm də test adlandırılması heç də təəccüblü gəlməsin. Çünki bu oyun sayəsində işə götürənlər oyunçular haqqında bir çox məlumatı əldə edir və onların sonrakı mərhələlərdə nə qədər uğurlu ola biləcəklərini təyin edə bilirlər. İki ad da doğru olduğu üçün bundan sonra mən oyun deyəcəm. Bu oyun ilə özüm də yeni tanış olmuşam və müvəffəqiyyətlə testdən kəsilmişəm. Bu bloqda test barəsində ətraflı məlumat verəcəm və fikir verilməsi lazım olan hissələr ilə birlikdə etdiyim səhvləri də qeyd edəcəm.

İlk öncə onu deyim ki, oyun nisbətən cavan sayıla bilər və hər bir ölkədə tətbiq edilmir. 2017-ci ildən şirkət daxilində test ediləndən sonra tədricən istifadəsi genişləndirilib. 2019-cu ildən onlayn şəkildə təşkil edilən bu testdən bu vaxta kimi azı 30 ölkədə 15,000-dən artıq insan iştirak edib. Testin keçirilmə məqsədləri haqda geniş yazmayacam, amma onu deyim ki, həm daha çox insana çatmaq, həm də aşağı keyfiyyətli universitet və büdcəli insanlara da şans yaratmaq əsas məqsədlərdəndir. Bundan əlavə ictimai əlaqələr (ingcə “PR – public relations”) üçün yaxşı bir vasitədir.

İndi keçək oyunda nələri görə bilərsiz. Oyunun ilkin versiyasında 2 oyun olsa da, hal-hazırda 4 oyun tipi var (lakin əsasən ilk ikisi daha çox düşür):

  1. Ekosistem yaratma
  2. Bitkini müdafiə
  3. Xəstəliyin idarə edilməsi
  4. Fəlakətin idarə edilməsi

Oyunları bir-bir izah etmək fikrim yoxdu, çünki ingilis mənbələrdən ətraflı şəkildə məlumat tapa bilərsən. Qısaca izah verib öz qeydlərimi bölüşəcəm. Fikrimcə bu daha dəyəri olar. Halvanı sən bişirərsən 🙂

Ümumi verilən 70-dən biraz çox dəqiqənin demək olar yarısı bir oyuna, qalanı isə o biri oyuna ayrılır. Bir maraqlı nüans var ki, bu vaxt tamamilə səndən asılıdır. İstədiyin şəkildə bölə bilərsən. Lakin məsləhət görülən odur ki, oyunda qeyd edilən formada zamanını böləsən. Bundan əlavə hər yeni oyundan öncə limitsiz öyrənmə (ingcə. “tutorial”) şansı verilir. Bu vaxt oyunla daha yaxından tanış olmaq olar. Oyunu tam anlayandan sonra artıq oyuna başlamaq lazımdır. Məncə ömründə cəmi bir dəfə belə oyun oynamısansa bu oyun yetəri qədər asan olacaq.

Normal oyundan əsas fərqi isə burda oyunun nəticəsi qədər oyun ərzində baş verənlərin də önəmli olmasıdır. İşəgötürənə bu oyun sayəsində sənin haqqında bir çox məlumatı verilir, buna adi mausun hərəkət etdirilməsi də daxildir. Bunun sayəsində müraciət edən şəxsin test vaxtı nə hiss etdiyini görə bilirlər.

Ekosistem yaratma

Bu oyunda ekosistem qurmaq tapşırığı verilir və bu ya dənizdə (ingcə. “marine ecosystem”), ya da quruda (ingcə. “Terrestrial ecosystem”) ola bilər. Mənim oyunumda dəniz versiyası idi. Bitki və heyvan kataloqu təqdim edilir və məkanın xüsusiyyətlərinə (duzluluq, dərinli, tempratur və s.), heyvan və bitkilərin qida dəyərlərini (nə yeyirlər, nə tərəfindən yeyilirlər, nə qədər yeyir, qida dəyəri nə qədərdi və s.) nəzərə alaraq sabit bir ekosistem yaratmaq tələb olunur.

Bu o biri oyuna nəzərən daha çətindi və məlumatı görüb, yadda saxlayıb və ümumi bir qərara gəlmək qabiliyyətinizi ölçür. Bacardığın qədər qeyd götürsən yaxşıdı, çünki toplamda 40 və üzəri canlı var və yadda saxlamaq asan deyil. Oyunun sonunda uğurlu olduğun təqdirdə, yəni yaradılan sistemdə canlıların hamısı sağ qalarsa, çox da detallı olmayan kiçik mesaj görsənir.

Bitkini müdafiə

Bloqun əvvəlində qeyd etdiyim oyun məhz bu idi. “Plants vs. Zombies” oyununa bənzəyən bu hissədə siz bitkini müəyyən müdafiə vasitələri ilə qorumalısınız. Bu oyun 3 kiçik mərhələdən ibarətdir və hər mərhələ özü 15 addımdan sonra bitir.

Oyunun əvvəlində gələn düşməni aydın görmək olur, ama sonuncu addımda sürətləndirilmiş versiya olur və yeni düşmənlər müxtəlif nöqtələrdən hücum edir. Ona görə də əsas fokusu spesifik hücumların qarşısını almaq yox, müdafiəni güclü təşkil etməyə versən daha yaxşı olar. Məhz bu səbəbdən bir hissəni uduzdum. Bu oyunda da sonda qısa mesaj gəlir və qalib olub olmadığını görə bilərsən.

Xəstəliyin idarə edilməsi

Bu oyunda əsas məqsəd təqdim edilən simptomlara əsasən hansı xəstəliyin heyvanlara təsir etdiyini tapmaq və sağ qalan heyvan sayını optimallaşdırmaqdır.

Fəlakətin idarə edilməsi

Bu oyunda ilk öncə baş simptomlara əsasən baş erən hadislər təyin edilir və sonra bu hadisələrə əsasən heyvanlar üçün ən uyğun ərazini təyin edib onları ora yerləşdirmək istənilir.

Məzmun  

Növbəti 2-15 gün ərzində müraciətə cavab gəlir və oyunun hamısında qalib gəlmək, ya da uduzmaq ümumi nəticəni əks etdirmir. Mən sadəcə ikinci oyunun son mərhələsində uduzmuşdum, amma yenə də kəsildim. Əsas oyun ərzində sakit şəkildə oynamaq və məntiqli qərarlar verməkdi. Vaxtınızı düzgün bölün və oyundan həzz alın. Oyuna hazırlaşmaq üçün isə konkret bir yol yoxdu, hətta zənnimcə hazırlaşmaq çox da gərək deyil. Çünki spesifik bir hissəni yoxlamır oyun. Lakin hazırlaşmaq üçün bənzər strategiya oyunları oynayaraq hazırlaşmaq olar. Hər kəsə uğurlar!


Müəllif: Cavid Xasizadə

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply