Ödənişli təhsil platformalarından necə pulsuz istifadə etmək olar?

Zaman irəlilədikcə onlayn kursların və təhsil platformalarının təhsilimizdə və ən əsas da karyeramızda rolu getdikcə artmaqdadır. Onlayn kurslar vasitəsilə demək olar ki, istənilən sahəyə aid olan bilik və bacarıqları əldə edə bilərik. Bu bilik və bacarıqlar bizə özümüzü inkişaf etdirməkdə, daha yaxşı iş imkanları əldə etməkdə və rəqabətcil iş mühitində bir pillə qabaqda olmaqda yardım edir. Bu təhsil platformalarının demək olar ki bir çoxu ödənişlidir. Bu yazımızda müxtəlif ödənişli təhsil platformalarını pulsuz şəkildə istifadə etməyin yollarını qeyd edəcəyik.

LinkedIn Learning

LinkedIn Learning platformasının pulsuz istifadəsi demək olar ki qeyri-mümkündür. Yanlız premium LinkedIn hesabına sahib olanlar LinkedIn Learning platformasindakı kursların hər birindən yararlana bilər. Əgər LinkedIn hesabınızı yeni yaratmısınızsa sizə təqdim olunan 1 aylıq pulsuz premium hesab vasitəsilə burdakı kurslardan yararlana bilərsiniz.

Eyni zamanda, LinkedIn platformasını sahibi olan Microsoft şirkəti tərəfindən Covid-19 səbəbilə zərər çəkmiş insanlara yardım etmək üçün 10 müxtəlif öyrənmə sahələrinə  (learning path) daxil olan hər bir kursu hamı üçün tam ödənişsiz etmişdir. Bu öyrənmə sahələrinə “Become a Data Analyst” , “Become a Financial Analyst” , “Become a Digital Marketing Specialist” və s. kimi öyrənmə sahələri daxildir.

Coursera 

Çoxumuzun sevimli öyrənmə məkanı olan Coursera Pandemiya dönəmində demək olar ki, bütün dünya universitetlərinin tələbələrinə kurslarını tamamilə pulsuz etmişdir (sertifikat almaq imkanı yaratmışdır).  Bu imkandan yararlanmaq üçün ilk növbədə hansısa universitetdə qeydiyyatda olmalısınız və ikinci növbə olaraq universitetiniz Coursera-da qeydiyyatdan keçməlidir.

Əgər tələbə deyilsinizsə və bitirəcəyiniz kurslardan sertifikat almaq istəyirsinizsə, sizin üçün də “Financial Aid” imkanı vardır. Bunun üçün isə müraciət zamanı verilən 2 sualın hər birinə 150 sözlük motivasiya məktubu şəklində cavab yazmalısınız. Müraciətdəm sonra isə 15 gün gözləməlisiniz. 15 gün bitdikdən sonra isə kurs avtomatik olaraq sizin hesabınızda qeydiyyata keçirilmiş olacaq. Qeyd olunan linkə daxil olaraq prosedurla detallı şəkildə tanış ola bilərsiniz.

 edX 

 Coursera kimi bütün kursları pulsuz olan edX -dən ödənişsiz sertifikat almaq demək olar ki qeyri-mümkündür. Siz yanlız bir il ərzində 5 fərqli kurs üçün “Financial Aid” –ə müraciət edə bilərsiniz və müraciətin sonunda sizə müraciət etdiyiniz kurs üçün 90 % -lik endirim kuponu göndəriləcək və kursun 10 % dəyərini ödüyərək kursu ala bilərsiniz. Müraciət prosesində 3 ədəd 1250 xarakterdən ibarət müxtəlif esselər yazmalısınız və müraciətin cavabı isə adətən 2-4 iş gününə çıxmış olur. Daha ətraflı qeyd olunmuş linkə daxil olaraq detallı şəkildə araşdıra bilərsiniz.

Digər təhsil platformalarına keçmədən öncə 2 əsas ödənişli platformalar üçün bir və yaxud bir neçə aylıq kupon təqdim edən mənbələri vurğulamaq gərəkdir.

  1. GitHub Student Developer Pack” GitHub -ın tələbələrə içində 150-dən çox ödənişli servislər və təhsil platformaları üçün olan kuponlar paketini təqdim edir. Bu paketi əldə etmək üçün tələbə olamğınız şərtdir. Ətraflı məlumat üçünsə buranı ziyarət edə bilərsiniz.Bu paketə daxil olan bəzi kuponlar:

  1. Digər mənbə isə “Microsoft Visual Studio” – un təqdim etdiyi “Benefits” paketidir. “Microsoft Visual Studio” – da pulsuz hesab (“Free Visual Studio”) açdıqdan sonra hesabınızda sizə təqdim olunan “benefits” paketlərindən yararlana bilərsini

İndi isə gəlin digər təhsil platformaları ilə davam edək.

DataCamp

Data Science və Data Analytics sahələrilə maraqlananlar üçün əvəzolunmaz platformalardan biri olan DataCamp -ın pulsuz istifadəsi üçün yuxarıda qeyd etdiyimiz GitHub – ın “GitHub Student Developer Pack” -inə daxil olan 3 aylıq DataCamp premium kuponundan istifadə edə və ya “Microsoft Visual Studio”- nun təqdim etdiyi 2 aylıq kupondan yararlana bilərsiniz.

Qeyd: “Microsoft Visual Studio” -da istənilən qədər pulsuz hesab aça bilərsiniz.

Pluralsight

Proqramlaşdırma və Data həvəskarları üçün əvəzolunmaz təhsil platformalarından biri olan Pluralsight -ın ödənişsiz istifadəsi üçün yuxarıda qeyd olunan “Microsoft Visual Studio”-a daxil olan 1 aylıq kupondan istifadə edə bilərsiniz.

Qeyd: “Microsoft Visual Studio” -da istənilən qədər pulsuz hesab açıb 1 aylıq kupondan yararlana bilərsiniz.

Eyni zamanda “Microsoft Azure for Students” hesabından istifadə edərək  Pluralsight-da 35 kursluq ödənişsiz limitli kitabxanadan faydalana bilərsiniz.

Educative.io

Proqramlaşdırma həvəskarları olanlar üçün daha bir əvəzolunmaz təhsil platforması Educative.io -dur. Bu platformanın pulsuz təqdim etdiyi kurslarla yanaşı ödənişli olan kurslarından yararlanmaq üçün “GitHub Student Developer Pack” -inə daxil olan 6 aylıq premium kupondan istifadə edə bilərsiniz.

Codecademy

İnteraktiv kodinq təhsil platforması olan Codecademy 12 dən artıq proqramlaşdırma dillərini öyrənmək üçün kurslar təqdim edir. Bu platforma əsasən ödənişlidir, lakin Covid-19 səbəbilə tələbələrə dəstək məqsədli təqaüdlər verir. Bu təqaüdə 3 aylıq premium hesab daxildir. Daha ətraflı burdakı keçiddən öyrənə bilərsiniz.

Udemy

Demək olar ki, Udemy-də istənilən zaman kursların çox böyük bir hissəsini 90 faiz endirimdə görə bilərsiniz, lakin, Udemy -dəki kursları da tamamilə ödənişsiz əldə edə bilərsiniz. Bunu üçün də, Udemy Azərbaycan Feysbuk qrupu vasitəsilə gündəlik paylaşılan 100 faiz endirimdə olan kursları ala bilərsiniz.

JetBrains Academy

Son olaraq, Java  və Python öyrənmək üçün interaktiv vebsaytlardan biri də JetBrains Academy – dir. “GitHub Student Developer Pack” -inə daxil olan kupon vasitəsilə tələbə olduğunuz müddətcə bu platformadan ödənişsiz istifadə edə bilərsiniz.

Hamınıza təhsil və öyrənmə səyahətində uğurlar arzu edirik!

Default image
Adil Qəhrəmanov
Articles: 2

Leave a Reply