Power BI hesabatını veb səhifədə necə paylaşmalı?

Salam hörmətli oxucular,

Bəzən bu sualı eşidirəm ki, “Power BI hesabatımızı veb səhifədə paylaşa bilərikmi?”, “Bu mümkündürmü, yaxud necə edə bilərik?”

Əgər sizin də bu suallarınız varsa, o zaman yaxın əyləşin.

İlk öncə əmin olmalısınız ki, Power BI Admin tərəfindən hesabatların kənar mediumlarda paylaşılması aktivləşdirilmişdir.

Əmin olmaq üçün isə bu addımları atmanız lazımdır:

Power BI Settings> Admin portal>Tenant settings>Export and sharing settings> Publish to web

Admin portal

Burada sizə uyğun detalları seçdikdən sonra apply edirsiniz və daha sonra keçirik paylaşmaq mərhələsinə.

Bu nümunədə Microsoft tərəfindən təklif edilən “Revenue opportunities” hesabatını bu məqalədə yerləşdirəcəyik.

Hesabata daxil olduqdan sonra Embed reportPublish to web seçirik.

Növbəti dialoq pəncərəsində isə Create embed code seçərək təsdiqləyirik.

Embed code

Daha sonra məqalənizə HTML bloku əlavə edərək sizə təqdim edilən linki əlavə edirsiniz.

Gördüyünüz kimi hesabat məqaləmizə əlavə olunmuşdur.

Siz də bu metoddan istifadə edərək hesabatlarınızı insanlarla bölüşə bilərsiniz.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply