Professional Power BI dashboard necə düzəltməli?

Kəmalə Qaraşova, Data analitikası həvəskarı

Zaman-zaman dashboard-lar hazırlayarkən əsas məqsədi unudub ifratçılığa vara bilirik. Unutmayaq ki, hər piksel qənimətdir və düzgün istifadə etməkdə fayda vardır. Bunun üçün gündəlik hazırladığınız reportları daha da cəlbedici etmək üçün 5 məsləhəti gözdən keçirə bilərsiniz:

Sadəlik, bəzən fikrinizi çatdırmaq üçün “Amerika kəşf etməyə” ehtiyac yoxdur, əksinə istifadəçini çaşdıra bilərsiniz.

Məzmun, çalışmaq lazımdır ki, vizuallar arasında bir məna əlaqəsi olsun. Təsadüfi qrafikləri bir araya gətirmək çox da yaxşı təcrübə sayılmır.

“Parçala və hökm et”, Sezar BI analist olmasa da dediyinin bizə baxan yönü vardır. Dashboard-unuzda fərqli filtrlərin olması istifadəçiyə avtonomiya verir və özünəxidmət (self-service) mədəniyyətini aşılayır.

Hierarxiya, quraraq fərqli səviyyələrdə məlumatı təqdim edə bilərsiniz, çünki seçimlər fərdlər arasında adətən fərqli olur.

Mənalılıq, çalışın ki, hər dashboard bir “hekayəyə” sahib olsun. Burada “əsas daxili gözəllikdir” prinsipinə hardasa riayət edib istifadəçiyə balanslı şəkildə mesaj ötürmək lazımdır.

İndi isə gəlin Kəmalə Qaraşovanın COVID-19 ölkəmizdəki tendensiyasına aydınlıq gətirən dashboard-na baxaq və sadaladıqlarımızın tətbiqinə nəzər yetirək.

“Bu reportda COVID-19 virusunun 22.01.2019-23.05.2020 tarixləri aralığındakı dəyişimini, ölkələr içindən məhz Azərbaycanı seçərək qeydə alınan yeni yoluxma sayı, ölüm və eləcə də sağalanların ümumi göstəricisinin günlər üzrə dəyişimi, eləcə də hər ayın ötən aydan fərqi faiz göstəricisi ilə öz əksini tapır. Eləcə də, burada PREVIOUSMONTH(<tarixlər>) funksiyasından istifadə edilərək, bir ayın ötən aydakı göstəricidən fərqi faizlə göstərilir. Həmçinin başlığı dinamik tarixə görə dəyişməsi üçün ayrıca MEASURE yaradırıq ki, onun üçün də LASTDATE(<tarixlər>) funksiyası köməyə gəlir.”

Xoş oxumalar!!!

Tarıqulu Xasizadə
Tarıqulu Xasizadə

Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.

Articles: 192