R vs Python

Salam hörmətli “Zen of Analytics” oxucuları. 

Bu yazımda sizlərə R və Python arasında olan təməl fərqlər haqqında danışacam. Öncəki yazımda R proqramı haqqında ümümi məlumatları sizlərlə bölüşmüşdüm.

Data Analatikası və Data Science – ə maraqlı olan şəxslər öz seçimlərini etdikdən sonra öyrənmək  üçün ilk başda bir proqramlaşdırma dili seçməli olurlar. Bildiyimiz kimi seçim ən çox istifadə olunan Python, ya da R dili arasında olur. Bunun üçün də bu blog seriyamızda “Data Analatikası və Data Science üçün ilk öncə R yoxsa Python öyrənmək lazımdır?” sualına cavab tapmağa çalışacağıq.

R dilinin üstünlükləri:

-Statistika və elmi tədqiqatlar üçün əvəzsiz seçimdir;

-Sürətli və kefiyyətli vizuallaşdırmaya malikdir;

Data mining  baxımından əlverişli proqramlaşdırma dilidir;

-EDA (Exploratory Data Analysis)- məsələlərində ən çox istifadə edilən proqramlaşdırma dilidir.

Pythonun üstünlükləri: 

Apache Hadoop kimi proqramlara inteqrasiya olunmuşdur. Big Data üçün əvəzsiz seçimdir;

Artifical intelligence (süni intelekt) – üçün istifadə edilən bir nömrəli dildir;

-Deep learning  və Machine learning  modellərinin qurulmasında dünya üzrə ən çox istifadə edilən dillərdən biridir.

Öyrənmə müddəti 

İndi isə gəlin R və Pythonu öyrənmə müddətinə və iş imkanlarına görə müqayisə edək. 

Dostlar onunda qeyd etmək istəyirəm ki,  Data Analatikilər  və Data Scientist – lər Python dilini   hamsını öyrənmilər. Python dili çox fərqli istiqamətdələrdı istifadə olunduğu  üçün onun əsas funksiyalarını  və Data elimində  istifadə olunan paketlərini , alqoritimlərini  və funksianlarını  öyrənirlər. Python dilini öyrənmək R dilini öyrənməkdən nisbətən daha asandır. Amma bu sizin təhsil aldığınız  ixtisasa, çalışdığınız iş mühitinə  görə dəyişə  bilər. 

Bildiyimiz  kimi R statistika əsaslı  dilidir, ancaq Python daha çox proqramlaşdırma üçün istifadə olunur və kompyuter elmləri ilə inteqrasiya olunmuşdur.  Burdan biz nəticə çıxara bilərik ki, statistika, marketinq,  iqtisadiyyat kimi sahələrdə  təhsil alırıqsa  R dilindən başlayıb daha sonra  Python öyrənmək daha rahat olacaq. Yox əgər Kompyuter mühəndisliyi,  Kompyuter elmləri, İnformasiya texnologiyaları kimi sahələrdə təhsil alırıqsa  Python dilinidən  başlayıb  R dilinə keçmək bizim üçün daha əlverişli olacaq. Bu istiqamətlərdən  heç birində  təhsil almırsınızsa  Python dilindən başlamaq sizə əlavə üstünlük yarada bilər.

Sonda qeyd etmək istəyirəm ki, əgər siz bu sahədə öz sözünü deyən mütəxəssis olmaq istəyirsinizə proqramlaşdırma dillərinin hər ikisini də öyrənsəniz yaxşı olar.


Daha ətraflı öyrənmək üçün:

R or Python: Which Should You Learn in 2020? https://www.youtube.com/watch?v=ZGeLAqGkObw

Veri Bilimi Başlangıç Dili: R vs Python https://www.youtube.com/watch?v=8gjLyqaAAPI

R vs Python | Which is Better for Data Analysis? https://www.youtube.com/watch?v=1gdKC5O0Pwc&t=322s

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply