Sətir konteksti (Çoxlu cədvəllər)

Sətir konteksti əlaqələrlə heç bir şəkildə qarşılıqlı əlaqə yaratmır. Aşağıdakı şəklə diqqət edək:

Burada iki fərqli cədvəldən gələn sütunlardan ibarət hesablanmış bir sütun yaratmağa çalışırıq. Nəticədə bir errorla qarşılaşdıq. Bir sətir kontekstindən başlayaraq əlaqəli cədvəllərdən gələn sütunlara daxil ola bilməzsiniz.

Çox tərəfdən bir tərəfə getmək istəyiriksə RELATED funksiyasından istifadə etməli olduğumuzu öyrənmişik:

RELATED sətir kontekstini çox tərəfdən alır və bir tərəfə daşıyır. Nəticədə çox tərəfdə olan cari sətrlə əlaqəli olan bir tərəfdəki tək sətr arasında münasibət yarada bilirik. Son nəticədə yuxarıdakı formul çox tərəfdən bir tərəfə getmək üçündür.

Bunun əksini etmək üçün, yəni bir tərəfdən çox tərəfə getmək üçün RELATED-in işə yaramadığını görmüşdük. Bu kimi məsələlərdə RELATEDTABLE bizə yardım edir. RELATEDTABLE sətir kontekstini istifadə edərək çalışır:

Cari sətir kontekstini götürür və sətir kontekstindən başlayaraq bir çox tərəfdəki əlaqəli cədvəldəki bütün sətirləri ehtiva edən bir cədvəl qaytarır. Beləliklə, sətir kontekstində sətir var və nəticədə yaranan cədvəl, sətir kontekstində cari sətirlə əlaqəsi olan bütün sətirlər olan cədvəldir.

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply