Zaman Zəkası, ya da Time Intelligence nədir?

Beləliklə əlimizdə təqvim cədvəlimiz, ehtiyacımız olan bütün özəllikləri ehtiva edən tarixlər cədvəlimiz vardır. Həqiqətən də, zaman zəkası ilə çalışmağa başlamağın vaxtı gəldi.

Zaman Zəkası dedikdə nəyi başa düşürük? Bunlar istifadəçilərin hamsının sevdiyi hesablamalar növüdür – YTD, QTD, SAMEPERIODLASTYEAR, iş günləri üzrə hesablama, maliyyə ili üzrə hesablama və s.

Qısa desək – “Zamanla bağlı hər hansı bir hesablama!” bunlara daxildir. Time Intelligence, işləyə biləcəyiniz bütün modellərdə mövcuddur. Power BI üzərində demoya keçək və YTD-Year To Date hesablayaq. İlk öncə nəzəriyyəyə diqqət edək.

YTD-ni necə hesablayırıq? Bir YTD hesablamaq üçün, məsələn aprel ayında YTD hesablamaq istəyiriksə, yanvarın 1-dən aprel ayının sonuna qədər olan bütün dəyərləri toplamalıyıq. Beləliklə, filter konteksti baxımından düşünürüksə yalnız May ayını ehtiva edən filter konteksindən başlayırıq. Yanvarın 1-dən Mayın sonuna qədər bütün tarixləri ehtiva edən yeni bir filter konteksti yaratmağımız lazımdır.

Bunu etmək üçün bizim xüsusi bir Time Intelligence hesablamamız vardır. Beləliklə, yeni bir ölçü yaradaraq – onu Line Margin YTD adlandıraq.Burada CALCULATE funksiyasına da ehtiyacımız olacaqdır. Çünki etmək istədiyimiz şey filter konteksti dəyişdirməkdir.

Beləliklə, Margini hesablayacağıq, ancaq cari dövr üçün Margini hesablamayacağıq. Çünki o bizə eyni dəyəri qaytaracaqdır. Bunun əvəzinə DATESYTD adlanan xüsusi bir DAX funksiyasından istifadə edirik.

DATESYTD, cari ilin yanvarın birindən başlayaraq seçilmiş dövrün sonuna qədər olan tarixlər toplusunu geri qaytarır. Hazırda seçilmiş dövr dedikdə, əsasən filter kontekstində seçilən dövr nəzərdə tutulur. Beləliklə, DATESYTD filter kontekstini oxuyur və bu nəticəni qaytaran tarix cədvəlində işləyir:

Enter klik edib yaranan ölçünü matriksə əlavə etdikdə aşağıdakı nəticəni əldə etmiş olacağıq:

DATESYTD funksiyası bir sütuna yönəlir və o sütunun bütün filter kontekstini oxuyur. Beləliklə, DATESYTD çox sadədir və DATESYTD funksiyası, filter kontekstinin bir yerdən digərinə necə köçürüldüyü barədə əsas bir məna əldə etdikdən sonra Time Intelligence hesablamağın nə qədər asan olduğu barədə bir fikir verir. Başqa sözlə, bütün Time Intelligence funksiyaları əsasən tarix cədvəlinə görə filter kontekstini dəyişdirmək üçün CALCULATE ifadəsində tətbiq edə biləcəyim bir filter təmin edən funksiyalardır.

Bu funksiyaların bir sayı çoxdur – DATESYTD, PARALLELPERIOD, SAMEPERIODLASTYEAR onlardan bəziləri hesab edilə bilər.

TOTALYTD funksiyasından da geniş istifadə edilir:

Əsasən bu funksiya, CALCULATE istifadə etmədən yalnız YTD yazmaq daha asan olduğu üçün yaradılıb. CALCULATE-in müəyyən bir nəzəriyyə tələb etdiyi üçün mürəkkəb bir funksiya olduğu bilinir. Beləliklə, ən azı YTD TOTALYTD ilə edilə bilər. TOTALYTD ilə yanaşı  TOTALQTD, TOTALMTD də vardır.

Məsələn, CALCULATE modelini öyrəndiyiniz zaman, əvvəlki ilin satışlarını göstərmək istəsəniz, SAMEPERIODLASTYEAR ilə asanlıqla bunu edə bilərsiniz ki, bu da tarixdə mövcud filter kontekstini götürən və bir il geri köçürən başqa bir Time Intelligence hesablamasıdır. Demoye keçək və yeni ölçü yaradaq:

Enter klik etdikdə və yaranan ölçünü matriksə əlavə etdikdə keçən ilin satışları qarşımıza çıxacaqdır:

Əslində olduqca bəsit görünür. Sadəcə tam olaraq kodun necə çalışdığını anlamaq vacibdir. Şəkildən də göründüyü kimi 2007-ci ildən qabaqkı ilə aid datalar olmadığı üçün onlar yazılmadı.

Əvvəlki ildə satışlarınız əldə olduqdan sonra, daha yüksək hesablamalar – artım, faiz artımı və bir çox digər hesablamalar aparmaq olduqca sadədir.

DATEADD, daha ümumi bir funksiyadır. Son yazdığımız kod üzərində dəyişiklik edək:

Enter klik edək və nəticə belə olacaq:

Göründüyü kimi -1 yazdığımız üçün Yanvar ayını boş buraxdı və Fevralın yerinə Yanvarın satışlarını əlavə etmiş oldu.Burada biz -1,-2,1 və 2 də yaza bilərik. Beləliklə, əvvəlki aya qarşı böyüməni görmək istəyirsinizsə, bunu asanlıqla edə bilərsiniz. Bütün bu funksiyaları bir araya gətirməzdən əlavə, həqiqətən mürəkkəb toplamlar və mürəkkəb hesablamalar qura bilərsiniz.

Bunların hamsı filter konteksti ləğv etmək və başqa yerə daşımaq üçün yalnız cədvəl funksiyalarına və CALCULATE funksiyasına güvənirlər.

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply