DATEPARSE funksiyası (Tableau Desktop)

📗 Növbəti Tableau Desktop yazımızda xoş gördük, bu gün önəmli funksiyalardan biri olan DATEPARSE haqqında danışacağıq.

Təbii ki, Tableau ilkin olaraq sizə imkan verir ki, DATA TYPE seçərək Tarix olduğunu bəlirləyəsiniz. Amma durumlar ola bilər ki, o özü belə sizin verilənlər qarşısında mat qalsın. Bu üzdən DATEPARSE çox önəmlidir.

📜 Sintaksin ümümilikdə belədir:

DATEPARSE(date_format, [date_string])

date_format – əlimizdə olan məlumatın formatını

date_string – orijinal məlumatı əks etdirir.

✏️ Nümunə 1:

2004-04-15
Date string

Tableau-nun tanımması üçün funksiya yazaq,

DATEPARSE('yyyy-MM-dd',[Date])

Bu zaman nəticəmiz, 15 Aprel 2004 kimi tanınacaqdır.

✏️ Nümunə 2:

20061228
Date string

Biz görə bilirik ki, il, ay və gün sıralaması vardır və bunu Tableau-a başa salmaq lazımdır.

Belə bir formula yaza bilərik:

DATEPARSE('yyyyMMdd',[Date])

Daha sonra isə necə görünməsini və digər məsələləri format edə bilərsiniz.

Ümid edirəm bu funksiya sizə faydalı olacaqdır.

Növbəti həftə görüşmək üzərə


Daha ətraflı oxuya bilərsiniz:

https://help.tableau.com/current/pro/desktop/en-us/data_dateparse.htm#dateparse

https://help.tableau.com/current/pro/desktop/en-us/functions_functions_date.htm

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply