Year To Date (YTD) calculations nədir və necə hesablanır?

📚 Year To Date (YTD) calculations kalendar yaxud maliyyə ilinin əvvəlindən indiyə kimi olan performansın özətini bizə göstərən ədəddir. Yəni indiyə kimi nə işlə məşğul olmuşuğun cavabıdır. Adətən indiki il üçün tapılır və keçən il ilə müqayisə edilir.

✏️ Tableau Desktop-da Year To Date (YTD) necə hesablanması haqqında fərqli yanaşmalara baxaq:

orders table
Orders cədvəlinə baxış

Bütün 2021 verildiyi üçün biz asanlıqla 21.05.2021 tarixi üçün (TODAY()) YTD hesablaya bilərik.

IF [Order Date] <= TODAY()
AND
DATEDIFF( "year", [Order Date],TODAY()) = 0
THEN [Sales] ELSE 0 END

Biz Tableau-a deyirik ki, “Əgər [Order Date] bu günə bərabərdirsə (yəni 21.05.2021) və bu günün ili ilə Order Date-lər arasındakı il fərqi sıfıdırsa onda [Sales] göstər. Əks halda heç nə qaytarma.”

year to date functions first
Hazırlanmış formulanın istifadəsi
IF [Order Date]<=TODAY()
AND YEAR([Order Date])=YEAR(TODAY())
THEN [Sales]
ELSE 0
END

Nəticə aşağıda qeyd olunmuşdur:

year to date second method
İkinci metod ilə YTD hesablanması

✏️ Year To Date (YTD) həmçinin Quick Table calculations ilə də hesablana bilər. Bunun üçün il və ondan kiçik diskret zaman vahidi vizualda iştirak etməlidirlər. Sales seçərək Quick Table CalculationYTD Total seçin.

quick table calculations year to date
YTD Quic Table Calculations ilə

✏️ Year To Date (YTD) həmçinin digər bir formula ilə də hesablana bilərdi. RUNNING_SUM() :

RUNNING_SUM(SUM([Sales]))
running sum year to date
RUNNING_SUM istifadəsi

Son iki halda table calculation olduğu üçün daha diqqətli olmaq tövsiyyə edilir.

Ümid edirəm ki, Year To Date (YTD) hesablanması qaydası sizlər üçün faydalı olmuşdur.

Növbəti yazılarda görüşənədək.

İzləmədə qalın😊


Daha ətraflı baxa bilərsiniz:

https://kb.tableau.com/articles/howto/yoy-and-ytd-table-calculations-are-disabled

https://help.tableau.com/current/pro/desktop/en-gb/calculations_tablecalculations_quick.htm

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply