Tableau Quick table calculations – Specific dimension istifadəsi

Tableau Desktop-da quick table calculations, ya da “çevik cədvəl hesablamaları” sizə birbaşa bəzi hesablamaları aparmağa imkan verir. Məsələn, Percent of total klikləyib verilənin xüsusi sahənin hansı faizini təşkil etdiyini öyrənə bilərik.

Bu zaman iki önəmli anlayışdan xəbərdar olmalıyıq:

Partitioning fields (scope) – yuxarıda dediyim sahəni yaradan sütunlar, yaxud sətirlər. Hesablamanın harada başlayıb, harada bitdiyini göstərir.

Adressing fields (direction) – hesablamaların aparılmasına köməkçi olan dəyişənlər. Həmçinin Compute using ifadəsi ilə eynilik təşkil edir.

Siz cədvəl hesablamaları yaradarkən, xüsusilə Specific dimension variantı ilə qarşılaşacaqsınız və onun vasitəsilə hesablamaların yönünü təyin edə bilərsiniz:

Seçilmiş ölçülər adressing, seçilməyənlər isə partitioning field olaraq nəzərə alınacaqdır. Bunu bir pie chart-a bənzədə bilərsiniz. Seçilmişlər o pie chart-ın dilimləri rolunu oynayır.

Tableau-nun apardığı əməliyyatı öz dilimizdə ifadə etsək:

Hər bir Year of Order Date üçün Running Sum hesablayarkən birinci Region-u, sonra isə Segment-i nəzərə al.

Bu zaman verilmiş və seçilmiş Segment, Region-un sırası önəmlidir (aşağıdan yuxarı). Yerlərini dəyişsəniz, nəticələr də dəyişəcəkdir.


Daha ətraflı məlumat üçün oxuya bilərsiniz:

https://help.tableau.com/current/pro/desktop/en-us/calculations_tablecalculations.htm

https://www.thedataschool.com.au/chantel-brooke/understanding-table-calculations-with-specific-dimensions-in-tableau/

https://www.godatadrive.com/blog/2020/4/5/tableau-table-calculations-explained

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply