Tableau Desktop-da DAX varmı?

Salam hörmətli Oxucu,

Uzun zamandır ki, görüşə bilmirdik və nəhayət o an gəldi və ölkəmizin ən maraqlı suallarında birinə: “Tableau Desktop-da DAX kimi formulalar yazmaq olurmu?”

Təbii ki.

Öncədən qeyd edim ki, Power BI DAX və M kimi dillər istifadə olunduğu halda Tableau Desktop-da MDX (Multidimensional Expressions) işlədilir.

İstifadə olunan məlumat mənbəyi: Superstore.

1-ci nümunə CALCULATE

Hədəf: Seqment-lər üzrə satışları First class üzrə filtrləmək.

Power BI-da CALCULATE funksiyasından istifadə edərək aşağıdakı ifadə yaradıla bilər. Bu ifadə vasitəsilə biz birbaşa filtrləmə edəcəyik:

First class Sales = CALCULATE( SUM(Orders[Sales]), Orders[Ship Mode] = "First Class" )
First class Sales / Segment

Tableau Desktop-da eyni nəticəni almağa çalışaq:

IF [Ship Mode] = "First Class" THEN [Sales] ELSE 0 END
First class Sales / Segment

2-ci nümunə ALL funskiyası

ALL funksiyası Power BI-da verilənlərin bütünün hissəsi üzrə bölgüsü tapılarkən istifadə edilir.

Total Sales = CALCULATE(SUM(Orders[Sales]),ALL(Orders[Sub-Category]))
Total sales ALL funksiyası ilə

Tableau Desktop-da buna nail olmaq üçün FIXED LOD (Level of Detail) funksiyasından istifadə edilir.

{ FIXED: SUM([Sales])}

Beləliklə növbəti bir yazının da sonuna gəlmiş olduq.

Ümid edirəm ki, faydalı olmuşdur.

Bəyənib, paylaşmağı və dəstək olmağı unutmayın.

Hələlik.


Daha ətraflı baxmaq üçün:

Tableau Desktop FIXED funksiyası (azərbaycan dilində izlə)

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply