Tableau Desktop-da cəmlənmə (Grand Totals)

📚 Tableau Desktop-da cədvəl qurarkən ehtiyac yaranır ki, sətir və sütunların cəmini sağda yaxud da aşağıda nümayiş etdirək.

Bunun üçün Analytics menyusundan istifadə edə bilərik.

Text tables

An etibarilə normal görünsə də, verilən ədədlərin ortalamasını tapmaq istəsək, və onların sətir və sütunlarda nümayişinə çalışsaq fərqli problemlə qarşılaşacağıq.

Normal qaydada AVG hesablanıb

Diqqət etsək görünür ki, ilk sətirdəki 483, 626, 389 və 450 nin ədədi ortası 487-dir. Amma bizə 504 verilib. Buna səbəb Tableau-nun region fərqinə varmadan ədədi orta hesablamasıdır.

504-ün altında yatan ədədlər

Onları görmək üçün 504-ün üzərində klikləyin və view data edin.

Bu problemi həll etmək üçün isə dəyişəni seçərək Totals usingAverage seçin. Təbii ki, digər versiyalar da mövcuddur. Bununla da artıq sağda əlimizdə Ədədi ortanın istifadə olunmuş variantı olacaqdır.

Automatic seçərkən isə məlumat hissələrə ayrılmır və bütöv olaraq hesablanır.

Beləliklə növbəti yazımızın sonuna gəldik.

Ümid edirəm ki, analizlərinizdə faydalı olacaqdır. 🙂


Daha ətraflı oxumaq üçün:

https://help.tableau.com/current/pro/desktop/en-us/calculations_totals_grandtotal_turnon.htm#Options

https://www.pluralsight.com/guides/display-grand-totals-and-sub-totals-in-a-tableau-worksheet

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply