Tableau Desktop ilə Power Pivot Data model-ə qoşulmaq

Tableau Desktop-da qoşulma imkanlarına baxarkən Power Pivot Data model görəndə çox maraqlı gəlmişdi. Bəli, siz Exceldə olan modelinizə asanlıqla qoşula və onu Tableau Desktopda analiz edə bilərsiniz. Hər işdə olduğu kimi, burada da bəzi hazırlıq işləri gərəklidir.

1-ci addım, TableauPowerPivotConnector Add-in yükləmək.

Bunun üçün bu adresə gedərək uyğun olan variantı yükləyin (32 bit ya da 64 bit).

2-ci addım, Add-ins

Excel-də File – Options – Add-ins izləyərək əmin olun ki, həmin Add-in Excel-ə yüklənmişdir və aktivdir.

Tableau Power Pivot connector
3-cü addım, məlumata qoşulmaq

Tableau Desktop-da To a Server – Microsoft Power Pivot seçərək Local Excel File varıantına klikləyib, faylınızı əlavə edin. Hər şey qaydasında olarsa, o zaman sizə qoşulduğunuz data model haqqında məlumatlar pəncərəsi təqdim olunacaqdır.

To a Server- Microsoft PowerPivot
Qoşulduğumuz məlumat mənbəyi
4-cü addım, Tableau Desktop-da analiz

Daha sonra isə Tableau Desktop-da yeni işçi səhifəsi yaradaraq analizə başlaya bilərsiniz.

Qeyd etmək istərdim ki, Modeliniz olan Excel faylında Pivot table qurmanız məsləhətdir ki, Tableau bir növ sizin Data model-ə sahib olduğunuzu anlasın.

İkinci müşahidəm odur ki, ədədi dəyişənləri Tableau Desktop-da yenidən aqreqatlaşdırmaq lazımdır, amma Pivot Table qurarkən yaradılmış dəyərlər (Values) Tableau Desktop-a köçürülmüş olacaqdır.

Tableau Desktop yeni səhifə və analiz

Gəlin kiçik nümunəyə baxaq:

Exceldə Top 10 şəhər üzrə Product cost hesablayaq.

excel vizualization
Excel-də vizuallaşdırma

Solda PivotTable, sonra isə PivotChart qeyd olunmuşdur. Həmçinin ən sağda Field list-i görə bilərsiniz.

Biz bu Data model-i Tableau Desktop-a əlavə etdiyimiz üçün, eyni hadisə orada da mümkündür.

alt tableau desktop vizualization.
Tableau Desktop-da vizuallaşdırma

Diqqət ediləsi məsələ Data model-də olan məsələn Product cost-u Calculated field yaradaraq SUM etmənizdir. Çünki avtomatik baş verməyəcəkdir.

Beləliklə analitik macəranızı yeni üfüqlərə daşımış oldunuz.

Növbəti bilinməz səyahətdə görüşənədək.

*öz versiyanız, fikirləriniz olarsa çəkinməyin və hətta burda deyilənləri edib bölüşə bilərsiniz.

İstifadə olunmuş faylı buradan endirə bilərsiniz.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply