Microsoft imtahanlarında əsaslı dəyişiklik

Hörmətli oxucularımız,

Sizi növbəti məqaləmizdə xoş gördük.

Bildiyiniz kimi, Zen Analytics olaraq Microsoftun PL-300 imtahanına hazırlıq təlimlərini təklif edirik və ölkəmizdə pioner olmaq bizim üçün qürurvericidir. Microsoft ötən gün öz imtahanlarında yenilik etdiyindən bu xəbəri sizinlə ətraflı bölüşmək qərarına gəldik. Çünki, təsirlənən imtahanlar arasında vəzifə əsaslı imtahan olan Exam PL-300: Microsoft Power BI Data Analyst-də yer alır.

Gəlin sizin xeyrinizə olan dəyişiklik haqqında ətraflı öyrənək.

Sentyabrın ortalarından etibarən imtahan zamanı Microsoft Learn istifadə edə biləcəksiniz.

Sual yaranacaq ki, Microsoft Learn nədir?

Microsoft Learn imtahanlara hazırlıq, sertifikatların idarə edilməsi və sair məqsədlər üçün nəzərdə tutulmuş platformadır. PL-300 imtahanını uğurla keçdikdən sonra sertifikatınızı həmin platformadan əldə edə bilirsiniz. İstifadəçi profili yaradaraq, bütün üstünlüklərdən faydalana bilərsiniz.

Microsoft Learn platforması / Profil

Microsoft Learn ilə inteqrasiya olunmuş yeni dəşişiklik ilə imtahan interfeysi aşağıdakı kimi olacaqdır:

Mənbə: Microsoft bloq

Microsoft Learn domeni vasitəsilə bütün materiallara girişiniz olacaq (Q&A xaric). Bu fəaliyyət üçün əlavə zaman verilmir. Microsoft Learn üzərindən axtarış ancaq vəzifə əsaslı imtahanlarda keçərli olacaq, yəni ki, fundamental imtahanlara aid edilmir.

Microsoft Learn düyməsi seçildikdən sonra siz aşağıdakı pəncərə ilə qarşılaşacaqsınız və kənar vebsaytlara giriş avtomatik bloklanacaqdır.

Mənbə: Microsoft bloq

Bu yenilik imtahanda inqilabi sayılaraq imtahanı real həyata daha da yaxınlaşdırmış oldu. Çünki gündəlik qarşımıza çıxan problemlərin həllində bizə sualı anlama, dokumentasiya oxuma, tapılmış konseptin problemə tətbiqi ,ingilis dilində mətni oxuma/anlama kimi bacarıqlar önəmli rol oynayır.

Sizə qarşıdan gələn imtahanlarınızda bol-bol uğurlar arzu edirik.

Suallarınız yaranarsa bizə müraciət etməkdən çəkinməyin.

Növbəti yazılarda görüşənədək.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply