Parçalanma ağacı – Decomposition tree

Power BI-da parçalanma ağacı visual növü, birdən çox səviyyədə olan dataları vizuallaşdırmağa imkan yaradır.Bu növ eyni zamanda bir süni intellekt (AI) vizualı da hesab edilir.Ondan istifadə edərək müəyyən vizuallaşdırmalar aparaq.

İstifadəsi

İlk növbədə vizuallaşdırma növləri arasından parçalanma ağacı simvolunu seçirik:

Vizuallaşdırma yaratmaq üçün 2 giriş qarşımıza çıxır:

  • Analyze – analiz etmək istədiyimiz ölçü.Bu hissəyə ölçü və ya toplam dəyər əlavə edirik;
  • Explain by – detallı görmək istədiyimiz bir və ya daha çox səviyyə.

Əlimizdə olan faylda Margin yəni qazancı analiz etmək istəyirik.Onu klik etdikdə aşağıdakı nəticə qarşımıza çıxacaqdır:

Sonrakı mərhələdə isə detallara baxmaq istədiyimiz bir və ya daha çox səviyyəni əlavə etməliyik.Bunları əlavə etdikdən sonra əsas ölçünün qarşısına + işarəsi gələcəkdir:

+ işarəsinə klik etdikdə qarşımıza bu görüntü çıxacaqdır:

İlk növbədə Category seçək və kateqoriyalara görə qazanca baxaq:

Bir slicer-dilimləyici əlavə etsək və rənglərə görə qazanca baxmaq istəsək mövcud düzülüş dəyişmiş olacaq.Çünki burada çarpaz filter tətbiq edilir:

Göründüyü kimi Black rəngə görə qazanc dəyişmiş oldu.İndi isə bütün səviyyələri artıraq və vizuallaşdırmanın necə olacağına diqqət yetirək:

Süni İntellekt – AI

Bizim istəyimizdən asılı olaraq analiz iki istiqamətdə də çalışa bilər.Yanaşma belə olacaqdır:High valueLow value

+ işarəsinə klik etdikdə hər ikisi qarşımıza çıxacaqdır:

  • High value – Mövcud olan bütün sahələri nəzərə alır və analiz edilən ölçünün ən yüksək dəyərini əldə etmək üçün hansında detala getməli olduğunu müəyyənləşdirir;
  • Low value – Mövcud olan bütün sahələri nəzərə alır və analiz edilən ölçünün ən aşağı dəyərini əldə etmək üçün hansında detala getməli olduğunu müəyyənləşdirir.

Məsələn Litware adlı brandda high value seçsək aşağıdakı nəticəni əldə etmiş olacağıq:

Ən yüksək dəyər kimi rənglər içərisindən Brown-u fərqləndirmiş (qırıq-qırıq xətt) oldu. Brown üzərində + işarəsinə klik edək və bu dəfə low value klik edək:

Göründüyü kimi, Litware Refrigerator adlı məhsulu ən az dəyəri olan məhsul kimi fərqləndirmiş oldu.

Ağacda əgər heç bir süni intellekt bölməsindən istifadə etmək istəmirsinizsə format bölməsində aşağıdakı hissəni klik etmək lazımdır:

Səviyyələrin kilidlənməsi

Hesabat yaradıcısı olaraq,bu hesabatdan istifadə edənlər üçün səviyyələri kilidləyə bilərik.Belə olan halda həmin səviyyələr nə dəyişdirilə,nə də silinə bilməz:

Göründüyü kimi Category və Subcategory səviyyələrini kilidləmiş olduq.Lakin digər səviyyələr üzərində müxtəlif işlər görə bilərlər.

   

Bəzi məhdudiyyətlər

  • Ağacda ən çox 50 səviyyə ola bilər;
  • İlk dəfə ən çox 5000 data nöqtəsi vizuallaşdırıla bilər;
  • Şirkət daxili Analysis Services-də dəstəklənmir;
  • AI bölmələri veb üzərində yayımladıqda və Azure Analysis Services-də dəstəklənmir.

 

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply