Power BI işə qəbul sualları

Hörmətli oxucularımız,

Növbəti yazımızda xoş gördük.

Bu mövzumuz Power BI işə qəbul sualları haqqında olacaqdır. Bildiyiniz kimi, ölkəmizdə və xaricdə müsahibələrə qatılarkən sizin verilmiş alət haqqında nəzəri və praktiki təsəvvürünüzü yoxlamaları mümkündür. Bu suallara hazırlaşmanız və uğurlu nəticə əldə etməniz üçün aşağıdakı suallara hazırlaşmağınızı məsləhət görürük.

Vaxt itirmədən gəlin suallara baxaq.

Data hazırlanması

  1. Power BI nədir?
  2. Power BI-ın fərqli versiyaları haqqında məlumat verə bilərsinizmi (Desktop, Service)?
  3. Nə üçün Power BI istifadə etməliyik?
  4. Power BI-ın üstünlükləri hansılardır?
  5. Power BI-ın çatışmayan tərəfləri və limitləri hansılardır?
  6. Power BI üçün hansı lisenziyalar mövcuddur?
  7. Power BI və Tableau arasında fərq nədir? (Excel ya da digər alət haqqında da soruşula bilər)
  8. Power BI Desktop nədir?
  9. Power Query nədir?
  10. Get data nədir?
  11. Power BI-ın qoşula biləcəyi məlumat mənbələrinə nümunə verə bilərsinizmi?
  12. Power Query-də ən çox istifadə olunan tapşırıqlara nümunələr verə bilərsinizmi?
  13. Query folding nədir və üstünlüklərini necə anlaya bilərik?
  14. M dili haqqında məlumat verin.
  15. Advanced editor nədir?
  16. Parametrlər PQ-də hansı əməlləri yerinə yetirə bilər və necə yaradılır?
  17. Məlumatlara qoşulmaq üçün hansı metodlar (ing. connectivity mode) vardır və fərqlərini necə izah edərdiniz ?

Data modelləmə

  1. DAX nədir?
  2. Power BI-da cədvəllər arasında qurula bilən əlaqələr (ing. relationships) haqqında məlumat verin və onların necə yaradıldığını izah edin.
  3. Fact və Dimension cədvəlləri haqqında məlumat verin.
  4. CALCULATE nədir və Power BI-da necə istifadə edilir?
  5. FILTER funksiyası hansı əməliyyatlar üçün istifadə edilir?
  6. SUMX funsiyası necə çalışır və hansı furnksiyalar ailəsinə aiddir?
  7. Biz nə üçün DAX ifadələrimizdə dəyişənlərdən (ing. variables) istifadə etməliyik?
  8. Power BI-da row-level security nədir və necə qurula bilər?
  9. Hesablanmış dəyər (ing. measure) və hesablanmış sütun (ing. calculated column) arasında hansı fərqlər var?
  10. Cardinality anlayışını izah edin.
  11. Many-to-many cardinality nə zaman baş verir və onu aradan necə qaldırmaq olar?
  12. IntelliSense nədir?

Data vizuallaşdırma və analizi

  1. 5 vizual adı qeyd edərək onların istifadəsi və işləmə mexanizmini izah edin.
  2. Power BI-da filtrlər (ing. filters) necə çalışır və hansı növləri var?
  3. Slicer nədir və necə istifadə edilir?
  4. Vizual (ing. visual-level), səhifə (ing. page-level) və hesabat (ing. report-level) səviyyəli filterlər haqqında məlumat verin və onların fərqlərini izah edin.
  5. Power BI-da Group və Bin necə fərqləndirilə bilər?
  6. Fərdi Vizuallar (ing. Custom Visuals) nədir və Power BI-a necə əlavə edilir?
  7. Q&A vizualı necə çalışır, faydaları və işlənmə ssenariləri hansılardır?
  8. Süni zəka (ing. AI) vizualları hansılardır?

Power BI Service

  1. Power BI Service nədir?
  2. Workspace nədir və nə üçün yaradılır?
  3. Dashboard nədir və Report ilə hansı fərqləri var?
  4. Power BI-da mövcud olan fərqli yeniləmə (ing. refresh) imkanları haqqında nümunə verə bilərsinizmi?
  5. Gateway nədir və nə üçün istifadə edilir?

Sizə növbəti müsahibələrinizdə uğurlar arzu edirik!

Daha çox faydalı məlumat üçün bizi izləməyi unutmayın.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply