Power Query də yuvarlaqlaşdırma (Round, RoundUp, RoundDown)

Salamlar hörmətli data həvəskarları,

Növbəti yazımda sizinlə Power Query-də olan yuvarlaqlaşdırma imkanları barədə danışacağıq. Yəqin ki, Transform Add column menyularında Rounding əmrini görmüsünüz. Gəlin vizual olaraq xatırlayaq.

Transform menyusu > Number Column
Add Column menyusu > From Number

Gördüyünüz kimi, Rounding bizə iki halda təqdim edilir. Özünün isə üç seçimi vardır:

Round Up – ekvivalent M formulası Number.RoundUp. Verilmiş onluq şəklindəki ədədi ən yuxarıdakı tam ədədə çevirir.

Number.RoundUp(1.234)

Nəticəsi 2 olacaqdır.

Round Down – ekvivalent M formulası Number.RoundDown. Verilmiş onluq şəklindəki ədədi ən aşağıdakı tam ədədə çevirir.

Number.RoundDown(1.999)

Nəticəsi 1 olacaqdır.

Round – ekvivalent M formulası Number.Round. Ən yaxın ədədə normal şəkildə yuvarlaqlaşdırır.

Number.Round(1.2345, 2)

Nəticə 1.23 olacaqdır.

Bu formulaları təbii ki, diqqətlə istifadə etmək lazımdır. İsitfadə şəklindən asılı olaraq fərqli nəticələr verə bilər.

Ümid edirəm ki, Round, RoundUp, RoundDown əməliyyatlarını işinizə tətbiq edərək faydalı hesablamalar yaradacaqsınız.

Növbəti yazılarımızda görüşənədək!


Daha ətraflı oxumaq üçün: https://learn.microsoft.com/en-us/powerquery-m/

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply