Python Scriptlərinin Power BI Desktop-da işlədilməsi

Python skriptlərini birbaşa Power BI Desktop-da çalışdıra və nəticədə ortaya çıxan datasetləri Power BI Desktop məlumat modelinə daxil edə bilərsiniz. İlk növbədə bu skriptləri çalışdırmaq üçün Pythonu yükləmək lazımdır. Mən Anaconda Navigatorda olan Jupyter Notebook vasitəsilə prosesi sizlərə göstərəcəyəm. Odur ki, Anaconda Navigatoru yükləmək üçün buraya daxil ola bilərsiniz.

Lazım olan paketlərin yüklənməsi

Power BI Python inteqrasiyası üçün iki Python paketinin qurulması lazımdır:

  • PandasDataların emalı ve analizi üçün bir proqram kitabxanası hesab edilir.Daxil edilən məlumatlar bir pandas data çərçivəsində olmalıdır. Data çərçivəsi 2 ölçülü bir quruluşdur. Məsələn datalar cədvəl şəklində, sətirlər və sütunlar kimi hazırlanır;
  • Matplotlib. Python üçün vizuallaşdırmada istifadə edilən bir kitabxanadır. Tkinter, wxPython, Qt və ya GTK + kimi ümumi təyinatlı GUI setlərindən istifadə edərək tətbiqlərə təsvirlər əlavə etmək üçün obyekt yönümlü bir API təqdim edir;

Bu iki paketi Jupyter Notebook-a daxil etmək üçün aşağıdakı şəklə diqqət edin:

Digər tərəfdən konsulda da pip-dən istifadə edərək daxil edə bilərsiniz:

Python skriptini aktivləşdirmək

Skripti aktivləşdirmək üçün aşağıdakı ardıcıllığı izləyin:

1.Power BI Desktop-da File > Options and settings > Options > Python scripting seçin. Python skript seçimləri səhifəsi görünəcəkdir:

2.Ehtiyac olarsa Detected Python home directory hissəsində yerli Python quraşdırma yolunu da göstərə bilərsiniz.Yuxarıdakı şəkildə Pythonun quraşdırma yolu C:\Users\Emin\.conda\envs\myenv-dir.Bu yolun Power BI Desktop-ın istifadə etməsini istədiyiniz yerli Python quraşdırılması üçün olduğundan əmin olun;

3.Ok seçin. Python quraşdırmanı təyin etdikdən sonra Power BI Desktop-da Python skriptlərini işə salmağa hazırıq.Yalnız bir neçə addımda Python skriptlərini işə sala və bir məlumat modeli yarada bilərsiniz. Bu modeldən hesabatlar yarada və Power BI xidmətində paylaşa bilərsiniz.

Python skriptlərinin hazırlanması

İlk növbədə Jupyter Notebook-da sadə bir data frame yaradaq və onu işləməsindən əmin olaq:

Göründüyü kimi kod düzgün çalışdı və qarşımıza kiçik bir data set çıxmış oldu.Power BI Desktop-da Python skriptini hazırlayarkən və işlədərkən bir neçə məhdudiyyət var:

  • Yalnız pandas data çərçivələri daxil edildiyi üçün Power BI-ya daxil etmək istədiyiniz məlumatların bir məlumat çərçivəsində təmsil olunduğundan əmin olun;
  • 30 dəqiqədən çox vaxt aparan hər hansı bir Python skriptinin icrası zamanı xəta verəcəkdir;
  • Python skriptindəki istifadəçi girişini gözləmək kimi interaktiv çağırışlar, skriptin icrasını dayandırır.

Python skriptini çalışdırmaq və dataları daxil etmək

1.Home tabında Get Datanı seçirik.Sonra isə Other > Python Script seçirik:

2.Connect seçirik.Qarşımıza belə bir qutucuq çıxacaqdır:

3.Burada Jupyter Notebookda yazdığımız skriptləri kopyalayıb yapışdırırıq:

4.Ok klik etdikdə navigatorda həmin data set görünmüş olacaqdır:

*Qeyd-Power BI Desktop-da Python skriptini yeniləyə bilərsiniz.Bunun üçün Home tabında olan Refresh-ı seçmək kifayətdir.Python skripti yeniləndikdə  Power BI Desktopda Python skripti yenidən çalışdırılacaqdır.

Default image
Emin Məhərrəmli
Articles: 46

Leave a Reply