Tableau Desktop-da Set (Çoxluq) yaratmaq

Tableau Desktop imkan verir ki, məlumatınızı kiçik çoxluqlara böləsiniz. Bunun üçün set-lərdən istifadə edə bilərik. Set yaratmaq üçün dimension üzərində klikləyib uyğun variantı seçə bilərsiniz.

Set-lər dinamik (dynamic)sabit (fixed) olaraq iki yerə bölünür və dinamik imkan verir ki, siz daha fərqli formulalar yazasınız yaxud da şərtlər yaradasınız.

Set-ləri öz vizuallaşdırmanızda istifadə edərkən həmin set-in üzvləri IN/OUT olaraq iki yerə ayrılacaqdır ki, bu da fərqləndirməyə şans yaradır.

Yaradılmış set-lər dashboard qurarkən Set actions deyilən dinamik seçim imkanlarında da istifadə oluna bilər.

Birləşmiş set (çoxluq) (combined set) yaradaraq iki fərqli set-in ortaq nümayəndələrini analiz edə bilərsiniz.

İndi isə kiçik nümunəyə baxaq.

Ortalama satışgəlir arasında scatter plot quraq və Müştərilər əsasında çoxluq yaradaq.

Daha sonra isə ilk bir neçə müştəri seçək, və bununla da set-imizi yaratmış olacağıq:

Son nəticəmizə baxa bilərik:

Tool tip-ə baxsanız Adam Mart adlı müştərimiz həmin Adam-dır ki, set-ə daxil etmişdik.


Daha ətraflı oxumaq üçün:

https://help.tableau.com/current/pro/desktop/en-us/sortgroup_sets_create.htm

Sets vs Groups

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply