Tableau Desktop- da Xəritə qatları (Multiple map layers, 2020.4 update)

2020.4 yenilənməsində artıq bir neçə qatlı (multiple marks layers support for maps) xəritələr yarada və önəmlilik dərəcəsinə görə sıralaya bilərsiniz. Əvvəllər bunu Dual axis prinsipi ilə etsək də orada limit iki qat idi, indi isə istədiyiniz qədər qat əlavə edə bilərsiniz.

Bunun üçün ilk öncə əsas xəritəmizi yaradın, sonra isə digər coğrafi dəyişəni drag-n-drop edib görüntüyə əlavə edin. Və hər qatı əlavə etdikdə Marks card – da yeni funksionallıqlar aktivləşəcəkdir. Bunları istədiyiniz detallılıq dərəcəsinə görə sıralayıb, hər qata fərqli ədədi dəyişənlər əlavə edə bilərsiniz. Məsələn aşağıdakı nümunədə, birinci Ştat xəritəsi Satışa (Sales), ikinci Poçt indeksləri Mənfəətə (Profit), üçüncü qat isə Şəhərlər üzrə Sifariş həcminə (Order quantity) görə qurulmuşdur.

Ümumi funksionallığa buradan baxa bilərsiniz:


Daha ətraflı oxumaq üçün:

https://www.tableau.com/blog/2020/12/tableau-release-prep-browser-map-layers-RMT-linux

Tableau Map Layers

Multiple map layers-YouTube

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply