Tableau Desktop ilə Google Analytics – ə qoşulmaq

Bildiyimiz kimi, Google Analytics imkan verir ki, veb səhifəmizin performansını daha ətraflı kontrol edək. Bu məqaləni oxuduğunuz sayt da onlardan biridir və təbii ki, mən sizin haqqınızda hər şeyi bilirəm. Təşəkkür Google.

Tam da belə olmasa da, xeyli göstəricilər bizə sunulmuşdur. Bu yazıda çalışıb onlara çatacağıq.

Bu işi həyata keçitmək üçün vebsəhifə və Google Analytics öncədən qoşulması lazımdır .

Daha sonra isə Tableau Desktop-dan Start page-dən To ServerGoogle Analytics seçirik.

Start page

Bu zaman Google Gmail vasitəsilə sizin kimliyinizi təyin etdikdən sonra bağlantı yaradacaqdır.

Google / Gmail hesab seçimi

Uğurlu bağlantının ardından (Tableau created this window to authenticate. It is now safe to close it. mesajını da alacaqsınız) Data source səhifəsindən istədiyiniz ədədi və kateqorik dəyişənləri seçərək analizə başlaya bilərsiniz. Bu addımda Tableau Desktop özü Data extract yaradacaqdır. Error aldığınız təqdirdə yenidən sınayın.

Data source page

Gördüyünüz kimi, qırmızı hissələr seçildikdən sonra sarılardan məlumatı gətirə biləcəyik.

İndi isə mənim sınadığım nümunə üzrə baxaq:

Əvvəla Google Analytics – də yaratmaq istədiyim hissəni incələdim və bu məlumatı Tableau Desktop-da görmək qərarına gəldim:

Google Analytics: Audience

Tableau Desktop Data source – dan Dimension olara Age və Measure olaraq User seçirik.

Connection

Və daha sonra yeni səhifə yaradaraq, ilk cədvəlimizi qururuq:

Yaş qrupu və istifadəçilər

Davam edirik:

Pie chart

Legend yaradırıq:

Legend

Və hamısını bir araya gətiririk:

Final dashboard

Əgər dashboard və fayla baxmaq istəsəniz aşağıda link olaraq yerləşdiriləcəkdir.

Son olaraq qeyd etmək istərdim ki, nümunə sadəcə Tableau Desktop hissəsini anlatmaq üçün effektivdir, daha yaxşı məlumatlar almaq üçün Google Analytics üzrə bilgilər daha çox gərəkli olacaqdır zənn edirəm.

Uğurlar!!!


Dashboard link: https://public.tableau.com/profile/tarigulu.khasizada#!/vizhome/zenofanalytics_comdemographicsAge/Agedemographics

https://community.tableau.com/s/question/0D54T00000GfQOq/how-can-i-get-tableau-to-create-an-extract-for-a-google-analytics-data-source

SIZE (): https://help.tableau.com/current/pro/desktop/en-us/functions_functions_tablecalculation.htm

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply