Tableau Desktop Incremental refresh

Biznesimizdə milyonlarla sətirə malik məlumat olduqda Extract yaradıb onu yeniləmək Tableau Desktop-da olan yayqın təcrübədir.

Halbuki, siz Full refresh əvəzinə Incremental refresh istifadə edə bilərsiniz.

Bunun üçün ilk öncə hansısa məlumat faylına qoşulmaq lazımdır. Bunu Start page – dən edə bilərsiniz.

Daha sonra isə Data menyusundan Extract data seçib, açılan menyuda ayaq saxlayın 🙂

Extract data menyusu

İşarələnmiş hissədən isə Incremental refresh seçərək, ayarları təyin edin.

Extract data dialoq pəncərəsi

Table to refresh – yenilənəcək cədvəl

Identify new rows using column – siz elə sütun seçməlisiniz ki, sizin məlumat yenilənəndə bilmək asan olsun. Məsələn bu transaksiya ID ola bilər əgər marketdə olan satışı analiz ediriksə.

Daha sonra isə Extract (.hyper) faylını yaddaşda saxlayın.

Əgər refresh etmək istəyirsinizsə yenidən Data menyusundan Extract və sonra isə Refresh (Incremental) seçirik. Əgər refresh tarixçəsinə baxmaq istəsək o zaman eyni yerdən History seçə bilərik.

Incremental refresh və History menyusu

Ümid edirəm Tableau ilə işinizin daha da sürətli olması üçün danışılan prinsiplər faydalı olacaqdır.

Növbəti yazıda görüşənədək!

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply