Hörmətli oxucularımız,

Sizi növbəti yazımızda xoş gördük.

Bildiyiniz kimi, texnoloji yeniliklər həyatımıza sürətli şəkildə nüfuz etməkdədir və bizlər onlarla uyumlu inkişaf yolunu seçmək məcburiyyətindəyik.

Bu nüfuz sahələrindən də biri, texnologiya ilə gündəlik əlaqədə olan Data analitiklərin, Hesabatlıq mütəxəssislərinin və digər peşəkarların gündəlik istifadə etdiyin Power BI-dır. Power BI data vizuallaşdırma aləti olaraq bizneslərin mürəkkəb suallarına cavab verə bilir.

Təbii ki, hər bir möhtəşək hesabatın (həllin) arxasında PBI-ın imkanlarından peşəkar istifadə edən yaxşı təlim görmüş peşəkarlar dayanır. Onların da cavab tapa bilmədiyi, yaxud da cavab axtarsa uzun zaman aparacağı problemlərinə ChatGPT ilə cavab veriləcəyi qənaətindəyəm.

Burada bir qeyd bölüşmək istərdim ki, ChatGPT sizin bilgisiz şəkildə sual verməniz və onun təklif etdiyi cavabı eyni şəkildə istifadə etməniz üçün deyildir. ChatGPT sizə ilham verəcək, səhvlərinizi anladacaq peşəkar bir alətdir.

İndi isə gəlin ChatGPT üzərində bir nümunəyə baxaq. Əminəm ki, ChatGPT hesabınız var və artıq bəzi maraqlı suallar vermisiniz. Əgər hesabınız yoxdursa o zaman bu link vasitəsilə yeni hesab yarada bilərsiniz.

Problem: Facebookda, ölkəmizin məşhur Excel qruplarından birində belə bir sual ilə qarşılaşdım və maraqlı gəldi ki, ChatGPT bu sualı həll edə biləcəkmi. O sualı həll etmək mənim üçün M dilində maraqlı idi və Power Query-də tətbiq edilməli idi. Bu sualı ChatGPT-dən soruşmaq üçün bəzi addımlar gərəklidir.

  1. İlk öncə sualı anlamaq və necə soruşacağınızı müəyyənləşdirmək;
  2. New chat seçərək prompt-u daxil etmək
  3. Verilmiş cavabı analiz edərək sizə verdiyi həlli nəzəri təsdiqləmək
  4. Daha sonra Power Query-də verilmiş həlli tətbiq edərək nəticəni yoxlamaq, yanlış olarsa səhvi bildirib düzəltməsini istəmək.

Burada diqqətinizi prompt yazarkən bir neçə önəmli nüansa çəkmək istərdim:

  • söyləyə bilərsiniz ki, hansısa peşə sahibi kimi davransın. Məsələn, Act as Power BI Developer;
  • situasiyanı ətraflı izah edin;
  • nümunələr verərək nə istədiyinizi bildirin.

Problemin təsviri

Bütün deyilənləri nəzərə aldıqdan sonra gəlin problemin özünə baxaq. Düşünün ki, aşağdakı kimi sütununuz var:

2
983
5434
45678
Mövcud sütun

Siz istəyirsiniz ki, yeni bir sütun əlavə edilsin və aşağıdakı şərtlər nəzərə alınsın:

  • Şərt 1: əgər sütundakı dəyərlərin rəqəm sayı 4 və aşağıdırsa, o zaman 4 olan olduğu kimi qalsın, 4 olmayanların isə çatışmayan rəqəmləri əvəzinə onların önlərinə 0 əlavə edilsin.
  • Şərt 2: əgər dəyərlərin rəqəm sayı 5 və daha çoxdursa o zaman yeni sütunda onların qarşısı boş qalsın.

İstədiyimiz nəticə bu formada olacaqdır:

0002
0983
5434
Arzu olunan yeni sütun

ChatGPT üçün prompt

Gəlin mənim bu problemin həlli üçün yazdığım prompt-a baxaq:

Bu prompt-un cavabı olaraq isə bizə aşağıdakı cavab və formula verildi:

if Text.Length(Text.From([OldValues])) <= 4 then Text.PadStart(Text.From([OldValues]), 4, "0") else ""

Gördüyünüz kimi, bizə təlimatlar da təqdim edilib ki, rahat şəkildə əməliyyatı tamamlayaq. İndi isə gəlin PQ-ə baxaq və oradan davam edək.

Power BI-da yoxlama və tətbiq

İlk öncə verilmiş bir sütunlu cədvəli yaratmaq üçün Enter data əmrindən istifadə edə bilərsiniz. Və Edit seçərək PQ-ə keçid edirik:

Daha sonra isə gördüyünüz Add Column menyusundan Custom Column seçirik və ChatGPT-nin təqdim etdiyi kodu daxil edirik.

Nəticə isə göz qabağındadır:

Gördüyünüz kimi, ChatGPT vasitəsilə həm problemimizi daha sürətli həll etmiş olduq, həm də yeni M dili formulaları və ifadələri öyrənmiş olduq. Onlar aşağıdakılar idi, və onlar haqqında bir-bir sual verib ChatGPT vasitəsilə izah ala bilərsiniz.

Text.Length

Text.From

Text.PadStart

if then else

Xülasə

Gördüyünüz kimi, PQ sadəcə UI əsaslı əməliyyatlardan ibarət olmayıb, 800-ə yaxın M dili formula və ifadəsinə malikdir ki, sizin daha mürəkkəb əməliyyatlar keçirmənizə dəstək ola bilər.

Ümid edirəm ki, yazımızdan sıxılmadınız və ChatGPT ilə Power BI arasında qurula biləcək əlaqələin mümkünlüyü sizi daha da həyəcanlandırdı.

Növbəti yazımızda görüşənədək.

Default image
Tarıqulu Xasizadə
Bakalavr təhsilini Qafqaz Universitetində aldıqdan sonra, Magistr dərəcəsini Budapeşt Biznes Məktəbində tamamlamışdır. Hazırda BP şirkətində Business Insights SME olaraq çalışır.
Articles: 192

Leave a Reply